Pedaqoji fikir səlnaməmizin yaddaqalan səhifəsi İrəvan müəllimlər seminariyası və Firudin bəy Köçərli
Tarix: 16-03-2022 | Saat: 15:27
Bölmə:Media | çapa göndər
Biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu, gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev 29 dekabr 2021–ci il tarixində “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” 3094 nömrəli sərəncam imzalamışdır. Azərbaycanlıların tarixi torpaqları olan, əhalisinin mütləq əksəriyyəti azərbaycanlılardan ibarət qədim İrəvan şəhərində fəaliyyət göstərmiş İrəvan Müəllimlər Seminariyasının fəaliyyətə başlamasının 140 ili tamam olmuşdur. İrəvan Müəllimlər Seminariyası Rusiya İmperiyasının Dövlət Şurasının 20 oktyabr 1880–cı il tarixli qərarına uyğun olaraq yaradılmışdır. Rusiya İmperiyası Dövlət Şurasının üç maddə və qətnamədən ibarət olan 20 oktyabr 1880–cı il tarixli qərarında qeyd edilirdi: "İmperiyada Müəllimlər Seminariyası və Zaqafqaziya Müəllimlər Seminariyası haqqında Əsasnamələr əsasında Kutaisi və İrəvan quberniyalarının hər birində bir Müəllimlər Seminariyası açılsın. Ştatların layihələri üzrə Seminariyaların saxlanması üçün Kutaisi Seminariyasına 27.800 rubl, İrəvan Seminariyasına 28.350 rubl keçirilsin”. 8 noyabr 1881–ci ildə fəaliyyətə başlamış Seminariya Qafqaz məktəbləri üçün müəllim kadrlarının hazırlanmasında müstəsna rol oynamışdır. Azərbaycanda pedaqogika elminin yayılması və inkişafı, xalq maarifinin bütöv bir dövrü İrəvan müəllimlər seminariyası məzunlarının fəaliyyəti ilə bağlıdır. Bu məzunlar xalq kütlələri arasında savadsızlığın aradan qaldırılması işində yaxından iştirak edirdilər. Görkəmli Azərbaycan maarifçisi Firudin bəy Köçərlinin ilk pedaqoji fəaliyyəti bu təhsil ocağı ilə bağlı olmuşdur.
İrəvan Müəllimlər Seminariyasının məzunları arasında dövrün görkəmli ziyalıları, dövlət, elm və sənət adamları olmuşdur. İrəvan mahalında maarifçilik ideyalarının yayılmasında, dünyəvi məktəblərin yaradılmasında seminariya əvəzsiz xidmətlər göstərmişdir. İrəvan Müəllimlər Seminariyası Cənubi Qafqazda pedaqoji hərəkatın inkişafında və müəllim kadrlarının hazırlanmasında xüsusi xidmət göstərmiş, pedaqoji fikrin əsas mərkəzlərindən biri kimi tanınmış və ictimai mühitin formalaşmasına güclü təkan vermişdir. Seminariyada digər elmi fənlərlə yanaşı Azərbaycan dili fənninin və şəriət dərslərinin tədris edilməsi üçün müvafiq ştat vahidi nəzərdə tutulmuşdu. İnqilabdan əvvəlki Qafqazın ən qiymətli sorğu nəşrlərindən biri olan və Tiflisdə, Qafqaz Canişinin Baş İdarəsinin nəzdində dərc edilmiş və Qafqaza aid statistik, sorğu və adres məlumatları toplanmış "Кавказский Календарь”da dərc olunmuş məlumatlara görə, Axund Məmməd Bağır Qazızadə 1883–cü ildən başlayaraq uzun illər ərzində İrəvan müəllimlər seminariyasında Azərbaycan dili fənnini və şəriət dərslərini tədris etmişdir. İrəvan müəllimlər seminariyasında Azərbaycan dili və şəriət dərslərinin tədris edilməsi təsadüfi deyildi. Çünki bu seminariya xalqımızın tarixən qədim torpaqlarından sayılan İrəvan mahalında yaradılmışdı. Həmin mahalda yaşayan əhalinin əksəriyyətini Azərbaycan türkləri, müsəlmanlar təşkil edirdi. Seminariyada Azərbaycan dilinin və şəriətin tədris edilməsi dövrün tələbi idi. Təhsil almaq üçün seminariyaya gəlmiş azərbaycanlı gənclər ilk pedaqoji təhsillərini aldıqdan sonra həyat fəaliyyətlərini azərbaycanlıların yaşadığı kəndlərdə ibtidai məktəblərin yaradılması işinə və yaxud mövcud ibtidai kənd məktəblərində müəllimlik peşəsinə həsr edərək xalq kütlələri arasında elm və maarifin yayılması və savadsızlığın aradan qaldırılması işində yaxından iştirak edirdilər. Bu təhsil ocağı mövcud olduğu 37 il ərzində öz fəaliyyəti ilə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda xalq məktəbi və təhsilin, mədəni-maarif işinin inkişafında əhəmiyyətli rol oynamışdır. Həmin təhsil ocaqlarının milli təhsil tariximizdəki yeri və rolu bu gün də öyrənilir, tədqiq edilir, gənc nəslin, tələbələrin elmi–pedaqoji biliyinin artırılmasında istifadə edilir.
İrəvan şəhəri tarixən azərbaycanlıların köklü yaşadığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapmışdır. Şəhərdə Azərbaycan xalqına məxsus son dərəcə zəngin ədəbi–mədəni mühit formalaşmışdır. İrəvan xanlığı çar Rusiyasının tərkibinə qatıldıqdan sonra burada dünyəvi təhsilə xüsusi diqqət yetirilməsində həmin mühitin özü əhəmiyyətli rol oynamışdır. XIX əsrin ikinci yarısından etibarən Cənubi Qafqazda maarifçilik hərəkatı geniş vüsət aldı. Regionda dünyəvi təhsil verən yeni tipli məktəbin–İrəvan Müəllimlər
Seminariyasının açılması da məhz bu vaxtlara təsadüf edir. 1881–ci ildə İrəvan mahalında seminariyanın açılmasından savayı daha iki mühüm hadisə baş vermişdir. Belə ki, İrəvan gimnaziyası və yeni tipli Uluxanlı məktəbi də yaradılmışdır.
Qori müəllimlər seminariyasının məzunu Firidun bəy Köçərli 1885–ci ilin iyununda İrəvan gimnaziyasına Azərbaycan dili və şəriət müəllimi təyin edilmişdir. Bu tədris ocağında 10 il pedaqoji fəaliyyətini davam etdirmişdir. Cəlil Məmmədquluzadə 1887–ci ildə Qori seminariyasını bitirdikdən sonra İrəvan və Yelizavetpol xalq məktəbləri direktorluğunda yerləşən Uluxanlı məktəbinə müəllim təyin edilib. Azərbaycanda ibtidai kənd məktəblərinin yaradılması işində Qori müəllimlər seminariyasının məzunları ilə yanaşı İrəvan müəllimlər seminariyasını bitirmiş məzunlar da yaxından iştirak ediblər. İlk pedaqoji təhsilini həmin seminariyada almış bir sıra azərbaycanlı gənclər sonralar təhsillərini Rusiya və Avropanın müxtəlif ali təhsil ocaqlarında davam etdirərək Azərbaycana qayıtmış və ölkəmizdə elm, mədəni–maarif işlərinin, habelə iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsində yaxından iştirak etmişlər. Xalqımızın bir sıra tanınmış nümayəndələri, maarif fədailəri - Həmid bəy Şahtaxtinski, Haşım bəy Nərimanbəyov, Haşım bəy Vəzirov, Tağı bəy Səfiyev, Vahid Musabəyov, Fərrux Ağakişibəyov, İbadulla Muğanlinski, Ş.Mahmudbəyov, C.Məmmədov və başqaları vaxtilə ilk pedaqoji təhsillərini İrəvan müəllimlər seminariyasında alıblar.
1881–ci ilin noyabr ayında fəaliyyətə başlayan İrəvan Müəllimlər Seminariyası çar hakimiyyətinin bölgədəki maraqları naminə yaradılmasına baxmayaraq, 40 ilə yaxın müddətdə hazırladığı müasir dünyagörüşünə və düşüncə tərzinə malik yüksəkixtisaslı milli müəllim kadrları ilə azərbaycanlıların üstünlük təşkil etdiyi İrəvan mahalında ədəbi–ictimai, elmi–mədəni həyatın ənənəvi dolğunluğunun və canlılığının qorunub saxlanılmasında təqdirəlayiq xidmətlər göstərmiş, pedaqoji fikir salnaməmizə yaddaqalan səhifələr yazmışdır. Görkəmli maarifpərvər Firidun bəy Köçərlinski geniş mədəni–maarif işləri aparmışdır. Seminariyanın məzunları sırasında xalqımızın bir çox tanınmış şəxsiyyətləri və dövrünün görkəmli ziyalıları vardır.
XIX əsrin sonu XX əsrin əvvəllərində ibtidai məktəblər üçün azərbaycanlı müəllimlər, əsasən, Qori və İrəvan seminariyalarında hazırlanırdı. Lakin bu təhsil ocaqları Azərbaycan dili müəllimi hazırlamırdı. Həmin dövrdə Azərbaycan dili müəllimlərinin hazırlanmasında sistemsizlik hökm sürürdü. 1905–1907–ci illərdə Azərbaycan dili müəllimlərinin
hazırlanması o dövrdə fəaliyyət göstərən mədəni–maarif cəmiyyətlərinin açdıqları kurslarda Bakı quberniyası və Dağıstan vilayətinin xalq məktəbləri müdiriyyətinin kurslarında, Yelizavetpol mədrəsəsində, habelə Tağıyevin qız məktəbində, həmçinin 1915–ci ildə açılmış qadın pedaqoji kurslarında həyata keçirilirdi. Bununla yanaşı, Azərbaycanda xalq maarifi, məktəb, ədəbiyyat, mədəniyyət və incəsənətin bir çox nümayəndələri ilk pedaqoji təhsillərini məhz Qori və İrəvan müəllimlər seminariyasında almışlar. Azərbaycanda pedaqogika elminin yayılması və inkişafı, xalq maarifinin bütöv bir dövrü məhz Qori və İrəvan müəllimlər seminariyası məzunlarının fəaliyyəti ilə bağlıdır.
Seminariyanın ilk müəllimlərindən olmuş Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifpərvər, ictimai xadim, publisist–yazıçı, tənqidçi və tərcüməçi Firidun bəy Əhməd ağa oğlu Köçərli (Köçərlinski) 1863–cü il yanvarın 26–da Şuşada dünyaya gəlib. 1876–cı ildə Şuşadakı rus məktəbinə daxil olur. 1878–ci ildə Aleksey Çernyayevski Zaqafqaziya müəllimlər seminariyasına tələbə toplamaq məqsədilə bu məktəbə gəlir və bu yolla Firudin bəy öz taleyini seminariya ilə bağlamış olur. 1879–1885–ci illər ərzində o burada təhsil alır, 1895–1918–ci illər ərzində dərs deyir. 1885–ci ildə qısa müddət Firudin bəy İrəvan gimnaziyasında da dərs deyir. 1910–cu ildə Qori seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı təyin olunur. 1918–1920–ci illərdə onun təşəbbüsü ilə həmin seminariyanın əsasında açılmış Qazax müəllimlər seminariyasının müdiri işləyib. XIX əsrin ortalarında Azərbaycanın, o cümlədən Şuşanın mədəni həyatında böyük yüksəliş var idi. Məşhur ədəbiyyatşünas alim Firudin bəy Köçərli Şuşanı "Zaqafqaziyanın Şirazı" adlandıraraq Azərbaycan ədəbiyyatı kitabında yazmışdır: "Şuşa şəhərinin ab-havasının təsirindən və torpağının bərəkətindən burada çox zürafə, üdabə və şüarə vücuda gəlibdir. Belə ki, Şuşa qalası Zaqafqaziyanın Şirazı mənzərəsindən olub, ərbabi–zövqü səfa və əhli–hal və sahibi–dil yatağı hesab olunur". XIX–cu əsrin 40–cı illərindən Şuşanın mədəni həyatında xeyli yüksəliş baş verir. Yerli camaatın teatr tamaşalarına meyli yüksəlir. Qafqazda ilk teatr 1845–ci ildə Tiflis şəhərində tamaşaya qoyulur. O vaxtlar Şuşa ilə Tiflis şəhərləri arasında çox güclü ticarət və mədəni əlaqələr var idi. Şuşada isə ilk tamaşa 1848–ci ildə səhnələşdirilir. Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin Azərbaycan dilində yazdığı ilk pyeslər bundan sonra mütəmadi olaraq Tiflisdə, Bakıda və Şuşada tamaşaya qoyulmağa başladı. 1870–ci ildə ilk dəfə olaraq Şuşada Azərbaycan teatr sənətinin yaradıcısı Mirzə Muxtar tərəfindən Azərbaycan dilində tamaşa göstərildi. O dövrdə gənc müəllimlərdən Firudin bəy Köçərli, Bədəlbəy Bədəlbəyov, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy
Vəzirov və məşhur xanəndə Cabbar Qaryağdıoğlu bu tamaşada iştirak etmişdilər. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin "Leyli və Məcnun poeması əsasında Məcnun Leylinin qəbri üstündə səhnəsini musiqili tamaşa kimi 1897–ci ildə Şuşada Cabbar Qaryağdıoğlunun iştirakı ilə Əbdürrəhim bəy Haqverdiyev tamaşaya qoyub. O vaxt 12 yaşlı Üzeyir bəy Hacıbəyovun bu tamaşadan aldığı təəsüratlar gələcəkdə "Leyli və Məcnun" operasının yaranmasına öz təsirini göstərib. 1886–cı ildə 23 yaşlı gimnaziya müəllimi Firudin bəy Köçərli İrəvanda teatr tamaşası təşkil edir. Qori seminariyasının məzunu Firudin bəy 1885–ci ildə İrəvana gəlmişdi. Həmin tamaşa M.F.Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli Şah" komediyasının tamaşası İrəvan əhalisinin həyatında böyük mədəni hadisəyə çevrilir. Lakin F.Köçərli 1895–ci ildə İrəvanı tərk edir. "Vətən dilinin" I hissəsinin (VII nəşr) yenidən işlənilməsində Firidun bəy Köçərlinin xidmətləri böyükdür. O, 300–dən artıq dərsliyə düzəliş etmiş, nəzəri materialı, hekayələri artırmış, metodika və stilistikasını dəyiş dirərək zənginləşdirmişdir. Köçərlinin "Darı və buğda" əsəri "Vətən dilinə" salınmışdır. 1920–ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti bolşevik–daşnak qüvvələri tərəfindən süquta uğradılandan sonra başlanan faciə və məqsədli terror qurbanlarından biri 58 yaşlı Firudin bəy Köçərli olmuşdur. O, Gəncədə heç bir əsas olmadan güllələnmişdir. Həyat yoldaşı Badisəba xanım Vəkilovlar nəslindən idi. Köçərlinin ölümündən sonra onun Azərbaycan ədəbiyyatına dair topladığı materiallar 1925–1926–cı illərdə "Azərbaycan ədəbiyyatı tarixi materialları" adı altında nəşr olunmuşdur. Xüsusi qeyd edək ki, Prezident İlham Əliyevin 30 avqust 2006–cı ildə İrəvan Azərbaycan Dram Teatrının 125 illik yubileyinin, 29 dekabr 2006–cı ildə İrəvan mahalı Uluxanlı məktəbinin 125 illik yubileyinin keçirilməsi haqqında sərəncamları, o cümlədən, Qarabağın müxtəlif bölgələrinə etdiyi səfərlər zamanı İrəvan, Göyçə, Zəngəzur və digər qədim yurd yerlərimizlə bağlı səsləndirdiyi fikirlər, eyni zamanda, tarixi toponimlərimizlə bağlı ortaya qoyduğu konkret faktlar, "Qeqarkunik yox–Göyçə", "Vardenis yox–Basarkeçər", "Yerasx yox–Arazdəyən", "Sünik yox–Zəngəzur", "Tavuş yox–Dilican", "Vayoçdzor yox–Dərələyəz", "Lori yox–Dağ Borçalı", "Ararat yox–Zəngibasar" deyil deyə bildirməsi bir daha təsdiq edir ki, tarixin danılmaz və inkaredilməz həqiqətlərini, milli–mənəvi dəyərlərimizi heç vaxt unutmamalıyıq.
Cəmil Quliyev
LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin
İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, t.ü.f.d.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər