Mobil versiya
Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı
Tarix: 29-04-2026 | Saat: 11:30
Bölmə:Ölkə | çapa göndər

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

25 aprel 2026-cı il tarixində yol hərəkəti qaydalarını pozduğuna görə “Changan” markalı, 77 QR 325 dövlət qeydiyyat nişanlı avtomobil Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılmış, sənədlərə baxış zamanı nəqliyyat vasitəsini idarə edən Zaur Hüseynovun sürücülük hüququnun məhdudlaşdırıldığı müəyyən edilmişdir.

aia.az xəbər verir ki, yoxlama zamanı Z.Hüseynovun qeyri-adekvat davranışları əməkdaşlarda şübhə yaratdığından o, tibbi müayinədən keçirilmiş, müayinə nəticəsində onun narkotik vasitənin təsiri altında olduğu aşkar edilmişdir.

Z.Hüseynov barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar məhkəməyə göndərilmiş, məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs edilmişdir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, sürücülük hüququ olmadan və ya məhdudlaşdırılmış vəziyyətdə, eləcə də narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsi idarə edən şəxslərə qarşı qanunvericiliyə uyğun tədbirlər qətiyyətlə davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2026