Bahar bayramı xalqımızda möhkəm birlik yaradır və həmrəyliyə xidmət edir
Tarix: 16-03-2022 | Saat: 10:13
Bölmə:Media | çapa göndər
Hələ qədim dövrlərdə insanlar yeni ilə qədəm qoyanda köhnə ildən sağlamlığını, əkin sahələrini, təsərrüfatını təhlükəsiz şəkildə xilas etmək üçün təbiətə qurban verirdilər. Papaq, xurcun atma mərasimi, əslində, qurbanvermə aktıdır. Qədim inanca görə, o paylar qurban kimi verilirdi. Qış öz sonuncu hədiyyəsini aparır ki, yazda təbiət yenidən o bəxşişi qaytarsın. Məhsuldarlığın daha bol olması diləyi ilə bu adət yerinə yetirilirdi. Həmin məsələlər insanların şüurunda o qədər dərin kök salmışdı ki, onlar buna inanır və fallar, ayinlər icra edirdilər.
Bu baxımdan, Novruz bayramının hər il keçirilməsi, təkrarlanması adət-ənənələrin yaşamasını təmin edib. Xalqımız bu ənənəni qoruyub saxlayır və davam etdirir. Hər il təbiət dəyişir, yeni il gəlir, gecə-gündüz bərabərliyi baş verir. Bu il də mart ayının 20-də axşam saatlarında Günəş Şimal yarımkürəsində, yaz bərabərliyi nöqtəsində olacaq. Bununla da ölkəmizə yaz gələcək. Qədim insan inanırdı ki, təbiət dəyişirsə, insanın ruhu da başqalaşır, yenilənir.
Bahar bayramında keçirilən mərasimlər, Novruz adət-ənənələri əsrlərin sınağından çıxaraq, ulu babalarımızdan bizə yadigar qalmış misilsiz ərməğandır. Bununla belə, Novruz əsrlərdir ki, milli, dini adət və ənənələrimizi nəsillərdən-nəsillərə ötürərək bu günlərə gətirib çıxaran bayramdır. Buna görə də Novruz bizim ümumdövlət, ümumxalq bayramımızdır. Çünki bu bayram bizim adət-ənənələrimizi əsrlər boyu yaşadır, xalqımızda daha möhkəm birlik yaradır və həmrəyliyə xidmət edir.
Onu xatırlatmaq yerinə düşər ki, Novruz bayramı bütün dünyada 300 milyondan artıq insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur. Artıq 3 min ildir ki, Novruz Balkan, Qara dəniz hövzəsi, Qafqaz bölgələrində, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd edilir. Mübaliğəsiz demək olar ki, Bahar bayramı həmin regionların ölkələrində mövcud olsa da, Azərbaycanda daha möhtəşəm qeyd olunur. İnkarolunmaz faktdır ki, Novruz bayramının təşəkkül tapmasında, inkişaf etməsində xalqımızın mühüm töhfəsi, payı vardır. Hətta sovet hakimiyyəti illərində Novruz bayramının keçirilməsinə sərt qadağalar qoyulsa da, xalqımız Bahar bayramını həmişə qeyd etməyə can atıb.
Azərbaycana rəhbərliyinin birinci dövründə Ulu Öndər Heydər Əliyev də sovet hakimiyyətinin qadağalarına baxmayaraq, milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşıb. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Ümummilli Lider həyata keçirdiyi dövlət quruculuğu prosesi ilə paralel surətdə mədəni-mənəvi quruculuq və milli-tarixi yaddaşın bərpası işlərinə də başlayıb. Vaxtilə qadağalara məruz qalan, yasaq olunan milli və dini bayramlar, adət və mərasimlər xalqa qaytarılıb. Ulu Öndər hər il qədim milli bayramımız olan Novruzda əhali ilə bayramlaşmağa çıxar, azad və müstəqil xalqımızın Novruz sevinclərindən zövq alardı. Bahar bayramının qeyd edilməsi həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlamətidir. Novruzun dövlət səviyyəsində bayram edilməsi isə onun əhəmiyyətini daha da artırır. Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər bu bayram haqqında demişdir: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi kəşməkəşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.
Qeyd edək ki, Ulu Öndərin Bahar bayramı münasibətilə Azərbaycan xalqına təbrikləri Novruzun ruhundan doğurdu. Ümummilli Liderin hər il bayram şənliklərində iştirakı Novruz tədbirlərini daha da şənləndirir, insanların sevincinə səbəb olurdu.
Hazırda bu ənənələr Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Novruzu milli-mənəvi dəyərlərimizin təcəssümü adlandıran dövlətimizin başçısının hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırmaqla yanaşı, xalqla iqtidar arasında sıx vəhdəti də sübut edir. “Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır”, - deyən Prezident İlham Əliyev Novruzun insanlarda qurub-yaratmaq əzmi aşılayan bayram olduğunu qeyd etmişdir.
Beləliklə, Novruz bayramı ictimai həyata yeni həvəs gətirən, milli adət-ənənələri yaşadan el bayramıdır. Dolayısı ilə Novruz ənənəsini davam etdirən hər kəs mədəniyyət daşıyıcıları olmaqla yanaşı, ortaq dəyər kimi bu ənənələri qoruyurlar.
Zamir Hüseynov,
YAP Göygöl rayon təşkilatının məsul işçisi
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər