Mobil versiya
Nəbahat Çehrə: “Sonuncu dəfə bir kişi ilə...”
Tarix: 10-05-2016 | Saat: 10:39
Bölmə:Dünya | çapa göndər




Nəbahat Çehrə Özge Uzunun apardığı “Həyat başlasın" proqramının qonağı olub.

Aia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 71 yaşlı aktrisa verilişdə gözlənilməz açıqlamalar verib.

Həyat dostlarımla gözəldir. Mən işimə çox məsuliyyətli yanaşıram. Məsələn, “Aşkı-Memnu” serialındakı Beren Saatın "ölürəm, ana” dediyi səhnəni çox çətinliklə çəkmişdik. Kənardan asan görünə bilər, lakin bu səhnələr klassik musiqi dinlənilərək hazırlanıb. İşdə nizam-intizam da mütləqdir. Ulduzluğun, məşhurluğun nə olduğunu bilmirəm. Bu tamaşaçılarımızın verdiyi qərardır".

Aktrisa yaşa dolduqca ölümdən qorxmağa başladığını da deyib: “Məhəbbətin adını belə unutmuşam. Onu illər əvvəl yaşamışam, indi sevgi haqqında danışmağa, bədii cümlələr qurmağa çətinlik çəkirəm. Eşq-məhəbbət bir tərəfə qalsın, sonuncu dəfə bir kişi ilə nə vaxt görüşdüyüm belə yadıma gəlmir, hətta romantik şam yeməyi də yeməmişəm. Sonuncu dəfə 90-cı illərdə aşiq olmuşam”.

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024