İlhamənin oğlu əməkdar artistə 4500 manat atıb?
Tarix: 05-05-2016 | Saat: 15:38
Bölmə:Dünya | çapa göndər
Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov əməkdar artist Firuzə İbadovaya 7 min manat pul atıb.
Aia.Az bildirir ki, bu barədə lent.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib. O bildirib ki, Orxan bu pulu F.İbadovanın qızını işə düzəltmək məqsədi ilə alıbmış: "Orxan dostu Vüqarla birgə Firuzə xanımdan 7 min manat pul alıb ki, qızını işə düzəldəcək. Həmin pulun 2500 manatını qaytarıb, amma 4 min manatdan çox pul borcludur. Firuzə xanım dəfələrlə bizim evə zəng edib, deyib ki, "İlhamə xanım həyatda yoxdur. Pulumuzu kimdən alaq?" Qızım da deyib ki, sən bilmirsən ki, Orxan İlhamənin oğlu deyil? Onun işləri tək bununla bitmir. Çox insanları aldadıb. Mənə maraqlıdır ki, dayısının arvadı Sevil xanım onun üzünə duranda ki "Sən filan iş adamlarına pul atmısan". Bu nə cavab verəcək? Özü də ki Orxangil bir qrupdur. Qruplarının başçısı da Orxanın həyat yoldaşı Arifədir. Burada jurnalistlərin, mətbuatın bilmədiyi məsələlər var".
Məsələyə aydınlıq gətirmək üçün əməkdar artist Firzuə İbadovayla əlaqə saxladıq. O isə sualımızı eşidib, əsəbiləşdi: "Mən bu barədə çox danışmayacam. Çox vaxt susuram. Yenə də susacam. Bircə onu deyim ki, pulumu, haqqımı, hər şeyimi Allaha həvalə etmişəm. Tanrı hər şeyi gec-tez yoluna qoyacaq. Mənim pulumu, halallığım olmadan nə ölü, nə də diri rahat yeyə bilməyəcək. Bu qədər".
Qeyd edək ki, O.Nadirov F.İbadovaya 4500 manat pul borcludur.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024