Mobil versiya
Şərqin şahzadəsi Sultanın ikinci klipi məşhur ELLO TV-də - FOTOLAR & VİDEO
Tarix: 05-05-2016 | Saat: 11:49
Bölmə:Dünya | çapa göndər



Moskvada yaşayan tanınmış müğənni Sultanın ikinci klipi rusiyanın ən məşhur simalarının kliplərinin yayımlandığı “ELLO”da nümayiş etdirilib.

Aia.az-ın məlumatına görə, müğənninin səsləndirdiyi "Взлетай" (Ucmaq) mahnısının ekran işi maraqla qarşılanıb.

Moskvada çəkilən "Взлетай" (Ucmaq) klipini rejissor Raş ərsəyə gətirib. Mahnının sözləri Darya Bolkoya, musiqisi Jamala, aranjmanı isə Dmitriy Aqafonova məxsusdur.
Qeyd edək ki, bundan əvvəl isə “Я не сдался” (Təslim olmadım) mahnısı yerləşdirilmişdi.
Kanalda Rusiyanın və Ukraynanın tanınmış ifaçılarının klipləri yerləşdirilir. Ancaq bu, ifaçının razılığı ilə həyata keçir və bunun üçün xüsusi müqavilə imzalanır. Kanalda Dan Balan, Nüşa, Vera Brejneva, Dima Bilan, Fillip Kirkorov, Ani Lorak, Valeriy Meladze və digər tanınmış ifaçıların klipləri nümayiş olunur.

“ELLO ELLO” tez bir zamanda kifayət qədər istifadəçi toplayıb və yüksək baxış sayı qazanıb. Kanal dünyanın ən böyük musiqi şirkətlərindən olan Universal Music, Warner Music Russia və Velvet Musiclə əməkdaşlıq edir.



Şərqin şahzadəsi Sultanın  ikinci klipi məşhur ELLO TV-də - FOTOLAR & VİDEO




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024