Mobil versiya
Azərbaycanda 2 706 nəfər COVID-19-a yoluxub, 29 nəfər ölüb
Tarix: 04-11-2021 | Saat: 15:47
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər

Azərbaycanda 2 706 nəfər COVID-19-a yoluxub, 29 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 706 yeni yoluxma faktı qeydə alınıb, 1 937 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 539 710 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 501 508 nəfər müalicə olunaraq sağalıb, 7 182 nəfər vəfat edib, aktiv xəstə sayı 31 020 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 350, ötən müddət ərzində isə ümumilikdə 5 243 038 test aparılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024