Mobil versiya
Lənkəranda Şəhid baş leytenant Həsənağa Abdullayevin anım günü keçirildi - FOTOLAR
Tarix: 26-10-2021 | Saat: 12:26
Bölmə:Media | çapa göndər

Lənkəranda Şəhid baş leytenant Həsənağa Abdullayevin anım günü keçirildi

25 Oktyabr 2021–ci il tarixində Lənkəran şəhər tarix diyarşunaslıq muzeyində 44 günlük Vətən müharibəsi qəhrəmanı şəhid baş leytenant Həsənağa Abdullayevin anım günü keçirildi. Vətən Müharibəsində ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri ön cəbhədə, arxa cəbhədə və informasiya cəbhəsində Azərbaycanın haqq işi uğrunda aparılan müqəddəs savaşda sinələrini sipər etdilər.

Müharibə dönəmində ölkəmizdə milli və dini zəmində narazılıq yaratmağa çalışan xaricdən idarə edilən qüvvələrə layiqli yerlərini göstərdilər. Buna misal 2020-ci ilin sentyabrın 27-dən başlayan və 44 gün ərzində tarixi torpaqlarımızın düşmən tapdağından azad edilməsi ilə nəticələnən Vətən Müharibəsini göstərmək mümkündür. Bu baxımdan Vətən Müharibəsi həm də azərbaycançılıq ideologiyasının, multikultural dəyərlərin qələbəsi kimi qiymətləndirilir. Artıq Azərbaycan cəmiyyətində yad-ideoloji qüvvələrə qarşı siyasi-ideoloji və mənəvi immunitet formalaşıb. Formalaşan ideoloji immuniteti qoruyub saxlamaq və daha da möhkəmləndirmək qarşımızda duran əsas vəzifəmizdir. Bu vəzifənin layiqincə yerinə yetirilməsi əsasən təhsil sahəsindən keçir. Məlumdur ki, ölkəmizdə dövlət təhsil sisteminin əsas məqsədi milli və ümumbəşəri dəyərlərə sahib şəxsiyyət hazırlamaqdır.

Bu baxımdan formalaşmaqda olan yeniyetmə və gənclər arasında fəal təbliğat işi aparılmaqdadır. Xalqımızın zəngin milli-mənəvi dəyərlər sistemi və onun ayrılmaz və əsas tərkib hissəsi olan azərbaycançılıq ideologiyası aparılan təbliğatın əsasını təşkil edir. Keçirilən tədbirdə Sosial Xidmətlər Agentliyinin 13 saylı filialının müdiri Ramin Hüccətov, LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin direktor müavini Ülviyyə Rzayeva, ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev, müəllimlər Nazlı Məlikova, Aydan Vəliyeva, Aygün Axundzadə, Şəhidin atası Şakir Abdullayev, Şəhidin anası Səmilə Abdullayeva, həyat yoldaşı, Kollecin müəllimi Mirvari Məmmədzadə, Kollecin “Turizm işinin təşkili” ixtisasının I kurs tələbələri, Lənkəran şəhər 9 saylı tam orta məktəbin direktoru Bəxtiyar Əliyar, məktəbin müəllim və şagirdləri də iştirak edirdilər. Qonaqlar Şəhidin həyat və döyüş yolundan çıxışlar etdilər. Tədbirin sonunda Həsənağa Abdullayevin qanlı döyüş yolunun izlərini özündə əks etdirən hərbi geyim və əşyalarına baxış keçirildi, xatirə şəkli çəkildi. Görünən odur ki, baş leytenant Həsənağa Abdullayev Vətən müharibəsinə qatılaraq şəhidlik zirvəsinə yüksəlməyi seçdi. Yeri cənnət, ruhu şaddır!

Allah Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin!

Cəmil Quliyev,
LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, t.ü.f.d.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024