Mobil versiya
Xudatda "patı" satanlara qarşı əməliyyat keçirilib
Tarix: 15-10-2021 | Saat: 09:56
Bölmə:Cəmiyyət | çapa göndər

Xudatda "patı" satanlara qarşı əməliyyat keçirilib

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AİA.Az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, saxlanması, daşıması və satmasında şübhəli bilinən Xudat şəhər sakinləri Fərman Şahmuradov və Rüstəm Seyidov saxlanılıblar. Həmin şəxslərin üzərinə baxış keçirilən zaman xeyli miqdarda narkotik vasitə olan heroin və “patı”, “şüşə” adlanan psixotrop maddə metamfetamin aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktlarla bağlı istintaq aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024