Anar Qədiməliyev: “Azərbaycanın tarixi Qələbəsinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub”
Tarix: 11-10-2021 | Saat: 11:30
Bölmə:Gündəm | çapa göndər

“1993-cü il oktyabrın 3-də keçirilmiş Prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi oldu. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin və tarixi Qələbəmizin təməli qoyuldu.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev deyib.
1993-cü ildə ölkə rəhbərliyinə yenidən ümummilli lider Heydər Əliyevin qayıdışının bütün uğurlarımızın əsasında durduğunu vurğulayan Anar Qədiməliyev bildirib ki, bu qayıdış baş tutmasaydı Azərbaycan bütün tarix boyu rastlaşdığı fəlakətlərdən ən böyüyü ilə üz-üzə qalcaqdı: “Prezident İlham Əliyevin Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə 2021-ci il 4 oktyabr tarixində keçirdiyi görüşdə etdiyi çıxışında dediyi kimi, həqiqətən də əgər Azərbaycan xalqı 1993-cü ildə özünə xas olan müdrikliyi bir daha nümayiş etdirməsəydi, öz iradəsini ortaya qoymasaydı və Ulu Öndəri ölkə rəhbərliyinə təkidlə dəvət etməsəydi, Azərbaycanın taleyi çox faciəvi ola bilərdi. Biz o vaxt itirilmiş torpaqları nəinki geri qaytara bilərdik, biz daha böyük fəlakətlərlə üz-üzə qala bilərdik. Biz hələ yaranmaqda olan dövlətçiliyimizi də itirə bilərdik. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” Tarix Ulu Öndərin verdiyi bu anda sadiq olduğunu sübut etdi. Heydər Əliyev uzaqgörənliyinin və müdrikliyinin növbəti göstəricisi Dağlıq Qarabağ müharibəsində atəşkəs istiqamətində danışıqlara başlaması oldu. Həmin dövrdə Azərbaycan ordusunun əks hücumlarından qorxuya düşən erməni tərəfi də danışıqlara getdi və 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs elan olundu.”
Daha sonra Anar Qədiməliyev Cəbrayılın azad edilməsi uğrunda Azərbaycan Ordusunun ilk qələbələrini hələ beş il bundan öncə əldə etdiyini vurğulayaraq bunları deyib: “Qeyd etmək lazımdır ki, Cəbrayıl rayonu strateji əhəmiyyətinə görə hər zaman diqqət mərkəzində olub. Rayonun işğaldan azad olunması uğrunda döyüşlər isə faktiki olaraq artıq beş il bundan əvvəl başlamışdı. Möhtəşəm 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun tam nəzarəti altına keçib. Dövlət başçımızın dediyi kimi, strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur və bu, bizim önəmli qələbəmiz idi. Çünki bu, uzun fasilədən, atəşkəsdən sonra ilk böyük qələbə idi. Əlbəttə ki, ermənilər hər zaman olduğu kimi, o vaxt da Aprel döyüşləri barədə dünyaya yalan məlumatlar yayırdılar. Məsələn, bəyan edirdilər ki, bu, o qədər də böyük əhəmiyyət daşıyan ərazilər deyil və hətta döyüşlərdə özlərini qalib kimi təqdim edirdilər. Lakin həqiqət bu idi ki, Azərbaycan o vaxt təqribən 9-10 min hektar əraziyə nəzarəti ələ keçirmişdi. Aprel döyüşlərindəki qələbə haqlı olaraq Ordumuzun şanlı Qələbəsi kimi qeyd edlir və bizim qayıdışımızın da başlanğıcı məhz o vaxt olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi.”
Sonda Anar Qədiməliyev qeyd edib ki, erməni qəsbkarları işğal etdikləri bütün digər ərazilərdə olduğu kimi, Cəbrayıl şəhərini, eləcə də rayonun kəndlərini dağıtmiş, mədəni, tarixi, dini abidələrimizi, qəbiristanlıqları viran qoymuş, ekoloji terror törətmiş və bir çox misli görünməmiş talançılıq və vandalizm aktları həyata keçirmişlər: “İşğala qədərki dövrdə Cəbrayılda elmin, mədəniyyətin, maarifin inkişafı çox yüksək səviyyəyə çatmışdı. Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayon Tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, Kökəltmə birliyi, Quşçuluq fabriki fəaliyyət göstərirdi. 52000 nəfər əhalisi olan, 1050 kvadrat kilometrlik ərazini əhatə edən rayonda mövcud olmuş 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd işğal zamanı vəhşicəsinə dağıdılıb. Erməni işğalı nəticəsində rayona ümumilikdə 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdir. Nəhayət 2020-ci il sentyabr ayının 27-də başlamış Vətən müharibəsinin ilk günündə cəbhəni yaran Azərbaycan Ordusu düşməni geri çəkilməyə məcbur etdi. Bir neçə gün ərzində Cəbrayıl rayonunun xeyli kəndi işğaldan azad olundu. Oktyabrın 4-də isə Ali Baş Komandan Cəbrayıl şəhərinin və rayonun daha doqquz kəndinin - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabadın işğaldan azad edildiyini bəyan etdi. Bununla Cəbrayılın işğalına son qoyuldu. Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edildi. 4 oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşdü.”
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-03-2025
14-03-2025