AZ RU Mobil versiya
Yeni tədris ilində metodik kabinet əməkdaşlarının fəaliyyət istiqamətləri müzakirə olunub
Tarix: 25-09-2021 | Saat: 13:20
Bölmə:Təhsil | çapa göndər

Yeni tədris ilində metodik kabinet əməkdaşlarının fəaliyyət istiqamətləri müzakirə olunub

Təhsil İnstitutunun Metodik dəstək mərkəzi tərəfindən regionlar üzrə metodik kabinet müdirlərinin onlayn görüşü keçirilib.

İnstitutdan bildirilib ki, görüşün aparıcısı Metodik dəstək mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri Elxan Nəcəfov olub.

Görüş zamanı yeni tədris ilində metodik kabinet əməkdaşlarının fəaliyyət istiqamətləri, onlar üçün təlimlərin təşkili, metodistlərin yaradıcı fəaliyyətə cəlb edilməsi, həmçinin fəaliyyətin hesabatlılığının təmini mövzuları müzakirə edilib. Bununla yanaşı, Metodik dəstək mərkəzinin əməkdaşları tərəfindən regionlarda keçirilmiş görüşlərin nəticələri və buna uyğun olaraq gələcəkdə görüləcək işlər barədə məlumat verilib.

Yekunda görüş iştirakçılarının sualları şöbə müdirləri Elxan Nəcəfov və Nigar Əhmədzadə tərəfindən cavablandırılıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

587 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-10-2021