AZ RU Mobil versiya
Müzəffər ordumuz qürurumuzdur.
Tarix: 25-06-2021 | Saat: 16:47
Bölmə:Cəmiyyət | çapa göndər

Müzəffər ordumuz qürurumuzdur.

25 İyun 2021-ci il tarixdə YAP Samux rayon təşkilatında Silahlı Qüvvələr Günü münasibətilə “Müzəffər Ordumuz qürurumuzdur” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada YAP Samux rayon təşkilatının Gənclər Birliyinin üzvləri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından və inkişafından söz açdı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə ordu quruculuğunu, silahlı qüvvələrin təkmilləşdirilməsini və maddi-texniki bazasının gücləndirilməsini, milli hərbi kadrların hazırlanmasını daim diqqətdə saxladağını, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində silahlı qüvvələrin modernləşdirilib bölgənin ən güclü ordusuna çevrilməsini diqqətə çatdırdı. Vurğuladı ki, 44 gün çəkən ikinci Qarabağ müharibəsində qüdrətli ordumuzun uğurlu hərbi əməliyyatları nəticəsində 30 il ərzində düşmən tapdağı altında qalan torpaqlarımız artıq işğaldan azad olundu.

Sonra tədbirdə çıxış edən YAP Samux rayon təşkilatı Gənclər Birliyinin üzvləri Aytən Məmmədova, Nuridə Həsənova, Gülvin Babayeva və Təhminə Əliyeva ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsindəki əvəzsiz xidmətlərindən danışdılar. Natiqlər bu gün Prezident İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü 50 ordusundan birinə çevrildiyini qeyd etdilər.

AİA.Az


[xfvalue_fotolar image="3"] [xfvalue_fotolar image="4"] [xfvalue_fotolar image="5"] [xfvalue_fotolar image="6"] [xfvalue_fotolar image="7"] [xfvalue_fotolar image="8"] [xfvalue_fotolar image="9"] [xfvalue_fotolar image="10"] [xfvalue_fotolar image="11"] [xfvalue_fotolar image="12"] [xfvalue_fotolar image="13"] [xfvalue_fotolar image="14"] [xfvalue_fotolar image="15"] [xfvalue_fotolar image="16"] [xfvalue_fotolar image="17"] [xfvalue_fotolar image="18"] [xfvalue_fotolar image="19"] [xfvalue_fotolar image="20"] [xfvalue_fotolar image="21"] [xfvalue_fotolar image="22"] [xfvalue_fotolar image="23"] [xfvalue_fotolar image="24"] [xfvalue_fotolar image="25"] [xfvalue_fotolar image="26"] [xfvalue_fotolar image="27"] [xfvalue_fotolar image="28"] [xfvalue_fotolar image="29"] [xfvalue_fotolar image="30"]



Məlumatlanmaq üçün Facebook səhifəmizi

7173 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-08-2021