AZ RU Mobil versiya
Ümummilli Lider Heydər Əliyevin 98 illiyinə həsr olunan bilik yarışı keçirilib
Tarix: 06-05-2021 | Saat: 18:03
Bölmə:Aktual | çapa göndər

Ümummilli Lider Heydər Əliyevin 98 illiyinə həsr olunan bilik yarışı keçirilib

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşşəbbüsü ilə Gəncədə fəaliyyət göstərən ali və orta ixtisas məktəbləri arasında, Ümummilli Lider Heydər Əliyevin 98- illiyinə həsr olunan “Heydər Əliyev irsini öyrənirik” adlı intelektual yarış təşkil olunub.

Yarışda Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnalogiya Universiteti, Gəncə Regional Kolleci, və Gəncə Tibb Kollecini təmsil edən komandlar iştirak edib. Bilik yarışını giriş sözü ilə açan, YAP Gəncə şəhər təşkilatının aparat rəhbəri Orxan Əhmədov, Ümummilli Liderin 98 illiyi ilə bağlı ölkədə keçirilən silsilə tədbirlərdən bəhs edib.

YAP Gəncə şəhər təşkilatı tərəfindən keçirilən bilik yarışınında, gənclərin Heydər Əliyev irsini daha yaxşı mənimsəməsində kömək olacağını bildirən natiq, bütün komandlara uğurlar arzulayıb. Hər biri beş nəfərdən ibarət olan beş komandanın qatıldığı bilik yarışında, iştirakçılar Ümummilli liderin həyatından, siyasi fəaliyyətindən, qurucusu olduğu Yeni Azərbaycan Partiyasının gördüyü işlərdən verilən sualları cavablandırıblar.

Komandalar münsiflər heyyəti tərəfindən qiymətləndirilib.

Gərgin keçən yarışın qalibi Gəncə Dövlət Universitetinin komandası olub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi

6119 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-06-2021