Mobil versiya
Arifə Bayramova: “Heydər Əliyev siyasi kursunun heç bir alternativi yoxdur”
Tarix: 06-05-2021 | Saat: 11:00
Bölmə:Təhsil | çapa göndər

Arifə Bayramova: “Heydər Əliyev siyasi kursunun heç bir alternativi yoxdur”

Təhsilin inkişafı ilə əlaqədar bir-birinin ardınca qərarlar qəbul edilməsi və təhsil sahəsində həyata keçirilən tədbirlər Heydər Əliyevin böyük maarifçi olmasından xəbər verirdi. Ulu öndərin Azərbaycana rəhbərliyi dövründə gərgin və yorulmaz fəaliyyəti nəticəsində respublika savadlılar diyarına çevrildi.

Milli təhsilimizin inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin Vətən qarşısında misilsiz xidmətlərindən biri də milli təhsil sisteminin qurucusu olmasıdır. İstər ötən əsrin 70-80-ci illərində, istərsə də müstəqillik dövründə ümummilli lider xalqımızın təkcə bugününü deyil, həm də gələcəyini düşünərək bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərib. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda təhsil sisteminin daim təkmilləşməsini hər zaman diqqət mərkəzində saxlamış, və təhsil sahəsində ciddi islahatların keçirilməsinə nail olmuşdur. 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarlar nəticəsində Azərbaycanda orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə çatdırılmışdır. Bu da yüzlərlə ucqar yaşayış məskənlərində orta ümumtəhsil məktəblərinin açılışı, minlərlə azyaşlının təhsilə cəlb edilməsi demək idi. Həmçinin ümummilli lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdır. Eləcə də dahi rəhbər keçmiş İttifaqın ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına çalışmış və bu istiqamətdə əsaslı dönüş yaratmışdır. Məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir ki, bu da respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaratmışdır.


Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonrakı illərdə milli təhsilimizi Qərb standartları səviyyəsinə yüksəltmək, milli-mənəvi dəyərlərə həssas münasibət böyük tarixi şəxsiyyətin yürütdüyü siyasətin prioritet istiqamətini təşkil edib. Təhsilin inkişafı ilə əlaqədar bir-birinin ardınca qərarlar qəbul edilməsi və təhsil sahəsində həyata keçirilən tədbirlər Heydər Əliyevin böyük maarifçi olmasından xəbər verirdi. Ulu öndərin Azərbaycana rəhbərliyi dövründə gərgin və yorulmaz fəaliyyəti nəticəsində respublika savadlılar diyarına çevrildi. Müstəqilliyimizin ilk illərində təhsil sahəsində ən ciddi problemlərdən biri də məktəb tikintisi, ümumtəhsil məktəblərin təmiri və lazımi avadanlıqlarla təchizatı idi. Heydər Əliyev 2000-ci il iyunun 13-də “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” fərman imzalamaqla bu problemi aradan qaldırdı. Bu fərman təhsil sisteminin əsaslı şəkildə təkmilləşdirilməsinə, idarəetmənin müasir prinsiplər üzrə təşkilinə, təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasına və dünya təhsil sisteminə inteqrasiyasına zəmin yaratdı.
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin təhsilə verdiyi böyük qiymət Azərbaycanda demokratiyanın yaranması, formalaşması və çiçəklənməsi dövrünün bütün mərhələlərində açıq-aşkar hiss olunurdu. Ulu öndərin elm və təhsilə böyük önəm verilməsi, bir-birinin ardınca yeni proqram və layihələrin, təhsil islahatlarının həyata keçirilməsi ölkənin elmi, mədəni və sosial-iqtisadi həyatında böyük dönüş yaratdı.

Məlumdur ki, milli intibahın təminatında başlıca vasitə sayılan elm və təhsil cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayır. Dünyəvi təhsilə inteqrasiya yolunu seçən Azərbaycan Respublikasında müstəqilliyin bərpasından sonra bu strateji sahəyə milli təhlükəsizliyin mühüm amillərindən biri kimi xüsusi diqqətin yetirilməsi bu nəticəyə gəlməyə əsas verir ki, ölkədə elm və təhsil problemləri ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir. Tərəqqiyə gedən yolda uğurlar qazanmaq isə dünyanın sivil dövlətləri ilə diplomatik əlaqələrin yaradılması, sosial-iqtisadi, mədəni, elm-təhsil və digər sahələrdə beynəlxalq norma və tələblərə uyğun əməkdaşlığın qurulması zəruridir. Bunun üçün də xüsusilə strateji əhəmiyyətə malik olan təhsil sistemində köklü islahatlar aparılması Azərbaycan dövlətinin ali məqsədinə çevrilmişdir.

Bu gün ulu öndərin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin digər sahələrlə yanaşı milli təhsilimizin inkişafı, beynəlxalq aləmə inteqrasiyasını daha da sürətləndirmək istiqamətində həyata keçirdiyi tədbirlər artıq öz bəhrəsini verir. Azərbaycanda təhsilin inkişafına böyük diqqət və qayğı göstərilir. Son illər ölkəmizdə müasir standartlara tam cavab verən, bir-birindən yaraşıqlı, modern məktəb binaları inşa edilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, pedaqoji işçilərin maddi-məişət şəraitləri yaxşılaşdırılır. Həm də bu illər təhsil tariximizdə yüksək inkişaf, bütün sahələrdə islahatların daha da dərinləşməsi dövrü kimi xarakterizə olunur, təhsil sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınır.

Ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə, təhsil işçilərinə göstərdiyi yüksək diqqət və qayğısı bir daha təsdiqləyir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasi kursunun ikinci bir alternativi yoxdur və ola da bilməz.


Arifə Bayramova
Qəbələ Rayon Təhsil Şöbəsinin müdiri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024