Mobil versiya
Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırılıb, təbiətə 6 600 manat ziyan vurulub
Tarix: 28-04-2021 | Saat: 16:34
Bölmə:Media | çapa göndər

Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırılıb, təbiətə 6 600 manat ziyan vurulub

Qax rayonunun Zəyəm kəndindəki qəbiristanlığın ərazisində ağacların kəsilməsil ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb, Qax rayonu Zəyəm bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində 3 ağacın kəsildiyi və təbiətə 6 600 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Qax rayon Prokurorluğuna göndərilib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə