Afaq Aslan: "Heç bir kişidən asılı olmaq istəmirəm" (FOTO)
Tarix: 20-04-2016 | Saat: 15:01
Bölmə:Dünya | çapa göndər
Azərbaycanlı müğənni Afaq Aslan özünə yeni biznes yaradıb.
Açıqlamasında müğənni bildirib ki, moda evi açıb
"Ümumiyyətlə hər bir yeni biznes böyük risk tələb edir. Xatırlayırsınızsa, ötən il şəhərin mərkəzində özümə çay evi açmışdım. Amma oranı işlədə bilmədim. Çox ziyana düşdüm. Demək olar ki, müflis oldum. Dolların qalxması işlərimi daha bərbad vəziyyətə saldı. Təxminən 70 minə yaxın pulum boş-boşuna işləndi. Ortada da heç nə olmadı. Əvəzində Türkiyədə həyata keçirəcəyim layihə yarımçıq qaldı. Özümdə güc toplayıb, bu yaxınlarda yeni moda evi açdım. Yaxın günlərdə həmin moda evinin açılışını edəcəyəm. Hələ ki, açılışda təqdim etmək üçün xüsusi geyimlər hazırlanır. Nümunə üçün hazırlanan geyimlərin əksəriyyəti ziyafət və ad günləri üçün nəzərdə tutulub. Yeni biznesimi açmaqda məqsədim odur ki, heç bir kişidən asılı olmaq istəmirəm. Bütün işlərimi özüm həyata keçirirəm. Mən toylara getmirəm, bundan sonra yeganə gəlirim moda evi olacaq".
İfaçı daha sonra yaradıcılıq işlərindən danışıb: "Şəxsi həyatımda yaşanan problemlərimə görə yaradıcılıq işlərimə çox fasilə verdim. Gələn həftə yeni "Ehtiyacım yox” adlı mahnımı təqdim edəcəyəm. Sözləri meyxanaçı Vüqara, musiqisi Fərahim Sadiqə məxsusdur. Bu mahnımı fotosessiyamla birgə təqdim edəcəyəm. Daha sonra isə klip çəkilişlərinə start verəcəyik”.
Xatırladaq ki, A.Aslan ötən ilin sentyabr ayında çay evinin açılışını etmişdi. Biznesinin açılış mərasiminə isə şou-biznesin bir çox tanınmış simalarını dəvət etmişdi. Lakin devalvasiyadan sonra ifaçı məcbur olub, çay evini bağlamışdı.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər