Mahir Əliyev: “Beynəlxalq təşkilatlar mina xəritələrinin təqdim olunması xüsusnda Ermənistana təzyiq göstərməlidirlər ”
Tarix: 22-04-2021 | Saat: 17:31
Bölmə:Media | çapa göndər
“Ermənistan yenə də hərbi cinayət əməlləri törətməkdə davam edir. Azərbaycana mina xəritələrinin verilməməsi mülki əhali arasında çox sayda itkilərə yol açır. Eyni zamanda da işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin gedişi bu səbəbdən xeyli ləngiyir. Beynəlxalq təşkilatların bu xüsusda Ermənistana təzyiq göstərməmələri qətiyyən anlaşılan deyi.” Bu sözləri saytımıza verdiyi müsahibəsində Viləşçay Su Anbarının İstismarı İdarəsinin rəisi, YAP Masallı rayon təşkilatının üzvü Mahir Əliyev deyib.
İlk növbədə Mahir Əliyev Ermənistan hökumətinin hələ də hərbi cinayətlərdən əl çəkmədiyini və bunun müqabilində beynəlxalq qurumların heç bir tədbir görməmələrinin yolverilməz olduğunu qeyd edib: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibəsində dediyi kimi, bu gün ölkəmiz işğaldan azad edilmiş ərazilərdə artıq əsas infrastruktur layihələrinə start verib. İlk növbədə həmin ərazilərin elektrik təchizatı istiqamətində işlər böyük intensivliklə həyata keçirilir. Həmçinin yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir. Lakin bütün bu işlərin daha sürətlə həyata keçməsi mümkün olduğu halda Ermənistanın növbəti hərbi cinayət əməlləri bu işlərin icrasını xeyli ləngidir. Məsələ bundadır ki, Ermənistan tərəfi hələ də Azərbaycana mina xəritələrini vermir, bundan imtina edir. Halbuki, dövlət başçımız onlarda belə xəritələrin olduğu barədə dəqiq məlumatın olduğunu demişdir. Ermənistan isə bu xəritələri verməməklə növbəti hərbi cinayət törətmiş olur. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təmkinli şəkildə müharibə apardı. Qarşı tərəfin mülki infrastrukturuna zərər və mülki vətəndaşlar arasında itki minimal səviyyədə oldu. Müharibə zamanı hərbi qulluqçularımız tərəfindən bir nəfər belə olsun mülki vətəndaşlara zərər yetirilmədi. Ermənistan tərəfində mülki əhali arasında 40 nəfərdən az tələfatın olması bunun açıq sübutudur. Lakin erməni silahlı birləşmələri hər zaman mülki insanları hədəfə aldılar. Hətta indi də, müharibə başa çatandan sonra mina xəritələri verilmədiyi üçün Azərbaycan tərəfdən 100-dən çox ancaq mülki vətəndaş yaralanıb və həlak olub. Ermənistan törətdiyi bütün hərbi cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.”
Daha sonra müsahibimiz Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibəsində də hər zaman olduğu kimi, beynəlxalq və ölkə ictimaiyyətinə ən doğru və obyektiv açıqlamalar təqdim etdiyini vurğulayaraq bunları deyib: “Ölkə Prezidenti cənab İlham Əliyev hər zaman Azərbaycan xalqına cərəyan edən proseslər, baş verən hadisələr barədə ən doğru açıqlamaları verib, ən dəqiq məlumatları təqdim edib. Bu, dinc quruculuq dövründə də belə olub, Vətən müharibəsinin gedişi zamanında da. Məhz bu məqam ölkəmizdə formalaşmış xalq-dövlət birliyinin əsasını təşkil edən ən vacib amildir. Bu gün də möhtərəm dövlət başçımız Şuşa şəhərinə atılmış “İsgəndər-M” raketi barədə bütün həqiqətləri olduğu kimi, həm yerli, həm də beynəlxalq ictimaiyyətə təqdim edir. Bu barədə Ölkə Prezidenti dedi ki,məsələ ilə bağlı Rusiya Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin məktubuna cavab göndərmişdir. Cavabda göstərilmişdir ki, Rusiya tərəfi ballistik raketlərin buraxılmasını müəyyən etməmişdir. Lakin möhtərəm Prezidentimizin də dediyi kimi, bizi maraqlandıran budur ki, ixrac üçün qadağan edilən və ölümcül “İsgəndər-M” raketləri Ermənistanın əlinə necə düşüb? Belə çıxır ki, ya bu silahlar Rusiyadan qaçaqmalçılıq yolu iləçıxarılır, ya da ki, Rusiya rəsmiləri bütün beynəlxalq normaları, qaydaları pozaraq bu silahları Ermənistana satırlar. Çünki heç bir başqa ölkədə bu raketlər yoxdur. Qeyd etmək lazımdır ki, bu məsələ ilə bağlı ictimaiyyətə açıqlama verən Prezident İlham Əliyevin növbəti dəfə nümayiş etdirdiyi qətiyyət və siyasi iradə həqiqətən də hər bir Azərbaycan vətəndaşında yenidən böyük qürur hissi doğurdu. Bəli, Azərbaycan xalqı öz Prezidentinin qoyduğu suallara cavab gözləyir və bu suallara bizə cavab verilməlidir.”
Həmçinin Mahir Əliyev Ölkə Prezidentinin Zəngəzur dəhlizi ilə bağlı dediklərinin xalqımız üçün sonsuz fərəh mənbəyi olduğunu vurğulayıb: “Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər sürətlə gedir. İlk növbədə, Füzuli-Şuşa yolu, Zəfər yolunun çəkilişi davam edir. Yaxın gələcəkdə Horadiz-Zəngilan avtomobil yolunun təməli qoyulacaq. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi artıq başlamışdır və bununla paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Yeri gəlmişkən, bu yolun sonda məhz Zəngəzur dəhlizinə qovuşmağı onun strateji əhəmiyyətini xüsusilə artırır. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Öz müsahibəsində Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, biz Zəngəzur dəhlizini Ermənistan bunu istəsə də, istəməsə də icra edəcəyik. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır. Heç şübhəsiz bu sözlər bütün xalqımız üçün sonsuz fəxarət mənbəyidir.”
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər