Mobil versiya
Cəlilabadda qətl: Ata öldürüldü, oğlu yaralandı
Tarix: 15-04-2021 | Saat: 11:35
Bölmə:Karusel / Media | çapa göndər

Cəlilabadda qətl:

Aprelin 14-də saat 21 radələrində Cəlilabad rayonu, Ocaqlı kənd sakini 1988-ci il təvəllüdlü Əliyev Ceyhun Cabir oğluna bıçaqla xəsarətlər yetirilməsi, atası 1964-cü il təvəllüdlü Əliyev Cabir Saleh oğlunun isə bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cəlilabad rayon Prokurorluğundan aia.az -a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla Ceyhun Əliyevin tanışı, əvəllər məhkum olunmuş Niftullayev Ragin Mirzəbala oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Ceyhun Əliyevə çoxsaylı xəsarətlər yetirməsinə, daha sonra həmin bıçaqla sonuncunun atası Cabir Əliyevə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ragin Niftullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2024