Mobil versiya
Politoloq: “Sarkisyan qorxu içindədir“
Tarix: 20-04-2016 | Saat: 08:53
Bölmə:Karusel | çapa göndər

Politoloq: “Sarkisyan qorxu içindədir“




“Sarkisyan Qarabağa gəlməklə nümayiş etdirmək istəyir ki, guya Ermənistan güclüdür və torpaqları Azərbaycana qaytarmayacaq. Əslində hamı gözəl bilir ki, son döyüşlərdən sonra düşmən qorxu içindədir”

Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Ermənistan prezidenti Serj Sarkisyanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfərini AzVision.az-a şərh edərkən deyib.

Politoloq bildirib ki, Serj Sarkisyan cəbhədəki son döyüşlərdən sonra qorxu içindədir: “Dördü günlük müharibə Ermənistan rəhbərliyini faciəvi səhvə təhrik etdi. Yəni, onlar keçmiş döyüşçülərini Dağlıq Qarabağa göndərdi. Onlar isə 1-2 ay sakit durarlar. Sonradan əli silahlı döyüşçülər Serj Sarkisyan hakimiyyətinə qarşı çıxacaqlar. Çünki, onların böyük əksəriyyəti aclıq içərisindədir, kirayə haqlarınını ödəyə bilmirlər. Ermənilər çoxdan bu fürsəti gözləyirdilər. İndi əllərinə fürsət düşüb.

Serj Sarkisyan hər şeyi qaydasına salmayacaqsa, silahlar ona qarşı çevriləcək. Ermənistan müharibədən sonra təlaş yaşayır. İnsalar Sarkisyanın məğlubiyyətinə etiraz edirlər. Xalq Sarkisyan iqtidarından üz döndərib.

Ermənistanda gec-tez vətəndaş müharibəsi başlayacaq. Bu isə Serj Sarkisyanın istəyindən asılı olmayaraq işğal olunan ərazilərimizn geri qaytarılmasını təmin edəcək”, - deyə M.Əhmədoğlu vurğulayıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024