Mobil versiya
Erməni general öldürülüb
Tarix: 19-04-2016 | Saat: 20:48
Bölmə:Karusel | çapa göndər

Erməni general öldürülübAzərbaycan və Ermənistan qoşunlarının təmas xəttində erməni təxribatının qarşısının alınması zamanı Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini general-leytenant Movses Akopyan öldürülüb və ya ölüm ayağındadır.

AiA xəbər verir ki, məlumatı Trend yayıb. M.Akopyanın daimi xidmət yeri işğal edilmiş Dağlıq Qarabağ olub. Onun koordinatları pilotsuz uçuş aparatı vasitəsilə müəyyənləşdirilib və nəzarətə götürülüb.

Azərbaycan Ordusu M.Akopyanı, eləcə də digər yüksək rütbəli erməni zabitlərini, Cəbrayıl istiqamətində işğalçı qüvvələrin qərargahını məhv edə bilib.

Bu günlərdə Ermənistan prezidenti Serj Sarkisyanın gəldiyi Xankəndində keçirilmiş iclasda M.Akopyanın və Ermənistan ordusunun digər yüksək rütbəli zabitlərinin olmaması da bunu təsdiq edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024