Mobil versiya
Lənkəran icra başçısının müavini Yardımlıya təyinat almaq istəyir?
Tarix: 18-04-2016 | Saat: 20:32
Bölmə:Karusel | çapa göndər

Lənkəran icra başçısının müavini Yardımlıya təyinat almaq istəyir?






Lənkəranda fəaliyyət göstərən uşaq baxçalarında acınacaqlı vəziyyət hökm sürür. İnformasiya mənbəmiz bildirir ki, Lənkəran kəndləri ilə bərabər şəhərin özündə fəaliyyət göstərən bir çox baxçalarda belə uşaqlar gündəlik normal qidalanmaya həsrətdirlər. Buna görədə valideyinlər hər gün uşaqlarına müxtəlif ərzaq məmulatları almağa məcburiyyətində qalırlar. Rayonda fəaliyyət göstərən uşaq baxçaları Lənkəran şəhər icra nümayəndəsinə tabe olduğu üçün, baxçalara alınan ərzaq məhsullarının vəsaitinin xərclənməsinidə bu qurum həyata keçirir. Ancaq təəsüflər olsun ki, Lənkəran Maliyyə idarəsindən şəhər icra nümayəndəliyinə baxçalara ərzaq alınması üçün ayrılan vəsaitlərin bir hissəsini mənimsənilir.
AzFakt.com-a Lənkarandan daxil olan məlumatda bildirilir ki, uşaq baxçalarındakı ərzaq çatışmazlığının əsl səbəbkarları rayon icra başçısı Taleh Qaraşovla onun birinci müavini İlqar Dadşovdur. Belə ki, icra başçısının göstərişi ilə baxçalara nəzarəti öz üzrərinə götürən İlqar Dadaşov Lənkəran şəhər icra nümayəndəsi və rayon maliyyə idarəsinin müdiri ilə əlbir olaraq dövlət və daxili büdcədən ərzaq məhsullarının alınması üçün ayrılan yüz min manatlarla vəsaitin bir hissəini cibinə axıdır. Baxçalardakı ərzaq maxinasiyasında əldə olunan qazancın 30 faizi İlqar Dadaşova, bir hissəsi Qaraşova, digəri isə şəhər icra nümayəndəsi ilə maliyyə idarəsinin müdirinə çatdığı deyilir.
AzFakt.com-un apardığı araşdırmada məlum oldu ki, hər il Lənkəran şəhər və kəndlərindəki uşaq baxçalarına dövlət və rayonun daxili büdcəsindən 500 min manatdan çox vəsait ayrılır. Məsələn Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi saytında 2014-cü il Lənəkran rayonuna 415 min manat, 2015-i ildə 422 min, 2016-ildə 390 min manat vəsait ərzaq mallarının alınması üçün ayrılıb. Bundan başqa Lənkəran rayon daxili büdcəsindən Gəgiravan, Mamusta, Haftoni, Balıqçılar, Nərimanabad, Siyavar, İstisu kənd, qəsəbələrinə, Liman şəhər və Lənkəran şəhər icra nümayənədinə əlavə ərzaq mallarının alınması üçün hər il 40 -90 min manat arası vəsait ayrılıb. İl boyu rayon baxşalarına ayrılan ümumi vəsait 500 min manat təşkil etdiyi halda Lənkəran baxçalarındakı ərzaq çatışmamazlığı bircə o anlama gəlir ki, rayon icra başçısı Taleh Qaraşov və müavini İlqar Dadaşov uşaqların adına ayrılan vəsaiti silərək mənimsəyirlər. Bunu məlumat verən mənbəmizdə təsdiqlədi və bildirdi ki, ”icra başçısı ilə müavini hər il baxça maxinasiyasından ən azı ildə 150-250 min manat arasında qazanc götürürlər”. Ancaq bu qazanc təkcə ərzaq mallarının alınması altında həyata keçirilmir.
Belə ki, hər il rayon daxili büdcəsindən yuxarıda adını çəkdiyimiz kəndlərdə və Lənkəran şəhərində yerləşən uşaq baxçalarının carı təmiri üçün 200-300 min manat arası vəsait ayrılır. Ayrılan vəsaitin isə 30 faizi aidiyyatı üzrə xərclənir. İcra hakimiyyətindəki mənbəmiz iddia edir ki, müavini İlqar Dadşovu rayonun digər tikiniti, quruculuq işlərindən kənarlaşdıran Taleh Qaraşov ona yalnız baxça işlərini tapşırıb. Burdan əldə olunan qazancın əsas hissəsi İlqar Dadaşova, icra nümayəndəsinə, maliyyə idarəsinin müdirinə çatmaqla bərabər, yerdə qalan hissəsi isə rayonun abadlığı üçün lazım olan yerlərə xərclənir. Son aylar Qaraşovla müavini arasında soyuqluğun yaranması İlqar Dadaşovu bir xeyli çətinliyə salmışdı. Lakin qarşılqılı təhdidlərdən sonra başçı ilə müavini “barışmağa” məbur olublar. AzFakt.com-a verilən məlumata görə İlqar Dadaşov hazırda boş qalan Yardımlı rayon icra başçısı vəzifəsinə təyinat almaq istəyir. Lakin onun bu təyinatının qarşısını alan xeyli əngəllər mövcuddur. Bu əngəllərdən biridə İlqar Dadaşovun Lənkəranda korruspionr bir məmur kimi ad çıxartması və dövlət büdcəsindən ayrılan vəsaitlərin silinməsində başlıca rol oyanayan şəxslərdən biri kimi tanınmasıdır. Mənbəmiz iddia edir ki, Taleh Qaraşovla aralarında baş verən qovğa, söz söhbətlərdə İlqar Dadaşovun adının yuxarı dairlərə qədər gedib çıxması onun icra başçısı olmaq istəyinin qarşısını alan amillərdən biridir. Ancaq bütün əngəllərə baxmayaraq İlqar Dadaşovun istəyindən əl çəkmdiyi və bu təyinatı reallaşdırmaq üçün hər gün Bakıya təşrif buyurduğu deyilir. Bildirək ki, Lənkəran bağçalarının əli ilə mənimsənilən vəsaitlərlə bağlı araşdırmamız davam edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024