Mobil versiya
YAP Samux rayon təşkilatında“Tarixə yazılan 44 gün Qələbəmizin nidasıdı!”devizi altında qazilərlə görüş keçirildi - FOTO
Tarix: 18-02-2021 | Saat: 12:33
Bölmə:Media | çapa göndər

YAP Samux rayon təşkilatında“Tarixə yazılan 44 gün Qələbəmizin nidasıdı!”devizi altında qazilərlə görüş keçirildi

18 fevral 2021-ci il tarixdə YAP Samux rayon təşkilatının təşkilatçılığı ilə Vətən müharibəsində iştirak edən bir qrup samuxlu qazilərlə “Tarixə yazılan 44 gün Qələbəmizin nidasıdı!” devizi altında onlayn görüş keçirildi. Görüşün keçirilməsində əsas məqsəd gəncləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltmək, həmçinin Vətən müharibəsi şəhidlərinin və qazilərinin gənclər arasında tanıdılmasından ibarət idi. Tədbirdə Vətən müharibəsi qazilərindən Teymur Zamanov, İlkin Bayramov, Rza Salmanov və Cavid Rəcəbov iştirak etdilər. Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd etdi ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının rəhbərliyi və komandanlığı altında rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində mənfur və qaniçən düşmən üzərində layiqli Qələbə qazanmağımız, 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızın azad edilməsi vətənpərvər insanların əzəli ata-baba torpaqlarına qayıtmasına imkan yaratmışdı. Bu böyük tarixi Qələbədə ölkəmizin vətənpərvər və qəhrəman gəncləri kimi samuxlu gənclər də fəal iştirak etmişlər. Onlardan 22 nəfəri şəhidlik zirvəsinə yüksəlmiş, 100-ə yaxın gənc döyüşçü müxtəlif bədən xəsarətləri almışdır. Dövlətimiz tərəfindən şəhidlər, yaralı əsgər və zabitlər müxtəlif orden və medallarla təltif edilmişlər. Vətən müharibəsində şəhid ailələrinə göstərilən diqqət və dövlət qayğısı davamlı xarakter alıb. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinin, o cümlədən müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasına xüsusi diqqət və qayğı göstərilir. Bu qayğı və diqqət Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir. Bununla əlaqədar olaraq

Samux rayonunda da bir sıra işlər həyata keçirilir. Bu tədbirlər bundan sonra da ardıcıl surətdə və planlı şəkildə davam etdiriləcəkdir. Tədbirdə YAP Samux rayon təşkilatı Qadınlar Şurasının sədri Kəmalə Xəlilova, fəal partiya üzvlərindən Mirzəmməd Orucov, Reyhan Abuzərova və başqaları çıxış edərək, qaziləri düşmən üzərində qazanılan tarixi qələbə münasibətilə təbrik edib, müzəffər ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətin əsl qəhrəmanlıq salnaməsi olduğunu diqqətə çatdırıblar. Onlar belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışaraq Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin qorunmasında vətənpərvərlik tərbiyəsinin yeri və rolunun əvəzsiz olduğunu, vətənpərvərlik tərbiyəsi sahəsində yeni layihələrin reallaşdırılmasının, gənclərin hərbi xidmətə hazırlanmasının, müasir texnologiyalar vasitəsilə Azərbaycan tarixinin gənclər arasında dərindən və hərtərəfli öyrənilməsində virtual imkanların yaradılmasını, həmçinin Vətən uğrunda qanından və canından keçən qəhrəmanlarımızı daim diqqət mərkəzində saxlamağı xüsusi ilə vurğulamış və onların Vətən müharibəsində göstərdikləri qəhrəmanlıq yolunun müntəzəm işıqlandırılmasının əhəmiyyətini qeyd etmişlər. Görüşdə iştirak edən qazilərin hər biri müharibə ilə bağlı xatirələrindən və göstərdikləri igidliklərdən bəhs ediblər. Onlar, eyni zamanda qələbəyə xalqımızın birliyinin və həmrəyliyinin sayəsində nail olduğumuzu vurğulamaqla yanaşı, dövlətimizin şəhid ailələrinə və vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etdilər. Sonra tədbirdə iştirak edən gənclərə söz verildi. YAP Samux rayon təşkilatı Gənclər Birliyinin üzvləri Aytən Məmmədova və Nuranə Həsənova da belə tədbirlərin davamlı keçirilməsinin gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynadığını, gənclərin Azərbaycanın şanlı tarixi, vətən övladlarının göstərdiyi qəhrəmanlıq və şücaət, şəhidlərin şərəfli və nümunəvi həyat yolu barəsində maariflənməsinə xidmət etdiyini bildirdilər.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2025