Mobil versiya
Şimali Makedoniya TAP-a qoşulmaq niyyətindədir
Tarix: 08-02-2021 | Saat: 16:38
Bölmə:İqtisadiyyat | çapa göndər

Şimali Makedoniya TAP-a qoşulmaq niyyətindədir

Şimali Makedoniya bu ilin sonunadək 68 kilometr uzunluğunda Neqotino-Gevgeliya qaz kəmərinin tikintisi üçün tender elan edəcək

Bunu Şimali Makedoniyanın nəqliyyat naziri Blaqoy Boçvarski deyib.

Onun sözlərinə görə, hökumət 2021-ci ilin ortalarına qədər boru kəməri üçün tikinti icazəsinin alınacağına ümid edir.

Nazir əlavə edib ki, Neqotinodan Bitola şəhərinədək və Skopyedən Qostivara qədər qaz kəmərinin tikintisinin bu il başa çatdırılması planlaşdırılır.

Qeyd edə ki, Neqotino- Gevgeliya qaz kəməri Yunanıstanla sərhəddə yerləşən Gevgeliya şəhərindən Şhtip-Neqotino boru kəmərinə birləşdiriləcək. Bu, Şimali Makedoniyanın Yunanıstan ərazisindən keçən TAP-a qoşulmasına imkan verəcək.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024