Mobil versiya
Sülhməramlılar Kəlbəcərə humanitar yükün çatdırılmasını təmin edib
Tarix: 08-02-2021 | Saat: 10:44
Bölmə:Media | çapa göndər

Sülhməramlılar Kəlbəcərə humanitar yükün çatdırılmasını təmin edib


Rusiya sülhməramlı kontingenti Azərbaycanın işğaldan azad olunmuş əraziləri arasında humanitar yüklərin tranzitini təmin etməyə davam edir.

Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, sosial obyektlərin, yaşayış evlərinin enerji və su təminatı sistemlərinin bərpası üçün Humanitar Yardım Mərkəzinin "KamAZ" markalı 20 hərbi avtomobili və onları müşayiət edən 5 avtomobildən ibarət ikinci kolonnası Kəlbəcər rayonuna 150 tondan çox tikinti materialı çatdırıb. Kolonnanın marşrutu Suqovuşan və Vəng yaşayış məntəqələrindən keçib.

Yükün çatdırılması Azərbaycan, Rusiya və Ermənistan arasında noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən həyata keçirilib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2025