Tezliklə İranla Azərbaycan arasında yeni dəmiryolu terminalının inşası başlayacaq - Vali
Tarix: 25-01-2021 | Saat: 10:57
Bölmə:İqtisadiyyat | çapa göndər
Tezliklə İranla Azərbaycan arasında İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Parsabad rayonunda dəmiryolu terminalının inşası başlayacaq.
Trend-in məlumatına görə, bunu İranın Ərdəbil vilayətinin valisi Əkbər Behnamcu deyib.
Ə.Behnamcunun sözlərinə görə, dəmiryolu terminalının inşası ilə əlaqədar Tehranda Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclasında müqavilə imzalanıb.
O, əlavə edib ki, Ərdəbil-Parsabad dəmiryolunun ilk 25 kilometrinin xəritəsi hazırlanıb və araşdırmalar aparılıb:
“Azərbaycanın dəmiryolunun 10 kilometri yenilənəcək və 5 km uzunluğunda yeni dəmiryolu çəkiləcək”.
Vali deyib ki, dəmiryol terminalı vasitəsi ilə İranın Ərdəbil vilayətinin Azərbaycan, Rusiya və Orta Asiya ölkələrinə kənd təsərrüfatı məhsullarının ixracı artacaq:
“Bu terminal və iki ölkə arasında birgə sənaye parkının yaradılması ilə bölgədə investisiya imkanları artacaq”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024