Mobil versiya
Azərbaycanda bu məhsulların qiyməti ucuzlaşıb
Tarix: 14-01-2021 | Saat: 19:27
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycanda bu məhsulların qiyməti ucuzlaşıb

Ötən ilin dekabr ayında əvvəlki aya nisbətən Azərbaycanda bahalaşan məhsulların adları açıqlanıb.

Dekabrda ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, qarabaşaq yarmasının, makaronun, spagettinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, yoqurtun, brınza pendirinin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, bananın, armudun, heyvanın, narın, xurmanın, üzümün, qozun, fındığın, xiyarın, bibərin, badımcanın, çuğundurun, göy lobyanın, kartofun, soğanın, sarımsağın, şəkərin, şəkər tozunun, meyvə şirəsinin qiymətində müşahid edilib.

Ucuzlaşma isə əsasən mal ətinin, dondurulmuş balığın, limonun, portağalın, naringinin, almanın, kivinin, şabalıdın, pomidorun, yerkökünün qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024