Daşınmaz əmlakın icbari sığortası 3 dəfəyə yaxın artıb
Tarix: 14-01-2021 | Saat: 19:22
Bölmə:İqtisadiyyat | çapa göndər
"Daşınmaz əmlakın icbari sığortası" növü üzrə 2020-ci ilin 10 ayı ərzində bazarda xüsusi aktivliyi ilə seçilən təkcə 5 şirkət tərəfindən vətəndaş və sahibkarlarla 149 min 478 ədəd müqavilə bağlanıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasından AIA.Az-a verilən məlumata görə, bununla da 2019-cu ilin analoji dövri ilə müqayisədə qeyd olunan növ üzrə müqavilə sayında 3 dəfəyə yaxın artım qeydə alınıb.
2019-cu ilin 10 ayı ərzində yenə sadəcə 5 şirkət tərəfindən 53 min ədəd müqavilə bağlanmışdı. Qeyd edək ki, müvafiq artımda fiziki şəxslərin ümumi payı çoxluq təşkil edir.
2020-ci ilin ən son açıqlanan 11 aylıq icmal göstəricilərinə görə, "Daşınmaz əmlakın icbari sığortası" növü üzrə yerli sığorta şirkətləri 38.6 milyon manat yığım təmin edib. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 6.5 milyon manat çoxdur. Eyni zamanda 2020-ci ilin yanvar-noyabr aylarında vətəndaş və sahibkarlara "Daşınmaz əmlakın icbari sığortası" növü üzrə baş vermiş hadisələrə görə 3.7 milyon manat ödəniş edilib.
AIA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər