Mobil versiya
“Qoy, Bakıya gəlməsin...”
Tarix: 13-04-2016 | Saat: 11:18
Bölmə:Dünya | çapa göndər

“Qoy, Bakıya gəlməsin...”







"Laritsa Dolina bura gəlməzsə Azərbaycan heç nə itirməyəcək. Musiqimiz heç bir itki verməyəcək".

"AİA.az" Day.Az-a istinadən xəbər verir ki, bunu Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, professor, xalq artisti Fərhad Bədəlbəyli müğənni Larisa Dolinanın "məndən üzr istəməsələr, Bakıya gəlməyəcəyəm" açıqlamasına münasibət bildirirərkən deyib.

"Larisa Dolinanın savadsız açıqlamasını necə şərh edəcəyimi bilmirəm. Sadəcə, ona heyrətlənirəm. Hər halda o, musiqiçidir və nəyin kimə məxsus olmasını bilir. Bu odur ki, cazın holland musiqiçilərin irsi olduğunu və ya impressionizmin Fransada yox, Çində yarandığıın deyəm. Bir sözlə, Dolinada musiqi savadı ümumiyyətlə, yoxdur. Bu da çox təəssüfləndirici haldır. Əgər o bilmirsə, deyim ki, Boka həmişə "şanson" oxuyub. Belə musiqi insanların yeyib-içdikləri restoranlarda populyar olub. Müğamın isə bu musiqiyə ümumiyyətlə, heç bir dəxli yoxdur. Larina Dolinanın niyə belə dediyini anlamıram. Onun yanında Tiqran Keosoyan oturmuşdu və yəqin Dolinaya öz qaydalarını diqtə edib. Ümumiyyətlə, belə şoular o qədər ucuz, aşağı keyfiyyətlidir ki, Dolinanın həmin şoulara qatılmasına heyrətlənirəm. Tolstoy və ya Çexovun kim olduğunu bilməyən insana heç nə deyə bilmərəm. Axı, beləsinə necə tənə edəsən?! Baş verənlərə yumorla yanaşmaq gərəkdir", - F.Bədəlbəyli deyib.

F.Bədəlbəylinin fikrincə, Bakı L.Dolinaya həmişə rəğbətlə yanaşdığından o, nahaq belə iş tutub: "Əgər o, sözlərini dinc vaxtlarda söyləsəydi, hamı gülərdi və "Ah, necə axmaqlıqdır!" deyərdi. Amma indi savaş olduğundan hər şey daha kəskin anlam kəsb edir. Qoy, Bakıya gəlməsin. Biz heç nə itirməyəcəyik. O, ümumiyyətlə kimdir? Bəlsə Denis Masuyev və ya Yevgeni Mravinskidir?! Həmin adamlar olsaydı, bir qədər narahatlıq keçirərdik".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024