Mobil versiya
Azərbaycanın vahid büdcə təsnifatında dəyişiklik edilib
Tarix: 16-12-2020 | Saat: 16:55
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycanın vahid büdcə təsnifatında dəyişiklik edilib



Nazirlər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib.

aia.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov əmr imzalayıb.

Dəyişiliyin məqsədi vahid büdcə təsnifatını “Tibbi sığorta haqqında” qanuna edilmiş dəyişikliklərə uyğunlaşdırmaqdır. Bununla təsnifatın gəlirlər hissəsində “Sosial ayırmalar” sözləri “Sosial və icbari tibbi sığortaya ayırmalar” sözləri ilə əvəz edilib, bəzi paraqraflar ləğv olunub, köməkçi bölmələr əlavə edilib.

Dəyişikliyə əsasən, sosial və icbari tibbi sığortaya ayırmalar dövlətin həyata keçirdiyi sosial proqramlardan asılı olaraq sosial təminata, sosial ehtiyaclara, işsizlikdən sığortaya və icbari tibbi sığortaya ayırmalara bölünür.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024