Mobil versiya
YAP-ın bu təşkilatlarının qərargahlarını kim satıb?
Tarix: 27-05-2020 | Saat: 13:16
Bölmə:Manşet | çapa göndər

YAP-ın bu təşkilatlarının qərargahlarını kim satıb?



Tərtərin icra başçısı Müstəqim Məmmədovun hakim Yeni Azərbaycan Partiyasının (YAP) yerli təşkilatının köhnə qərargahını özəlləşdirdirərək villaya çevirməsi barədə məlumat vermişdik.

Həmin binada əvvəllər əmanət bankı yerləşib. Sonradan bina YAP-ın Tərtər təşkilatına verilib. Təşkilat üçün yeni qərargah tikildikdən sonra Müstəqim Məmmədov köhnə binanı ələ keçirib.

Bu, hakim partiyanın yerli təşkilatlarının köhnə qərargahlarının ələ keçirilməsi ilə bağlı yeganə fakt deyil.

YAP-ın Siyasi Şurasının üzvü, keçmiş icra başçısı Musa Musayev bildirib ki, YAP-n Binəqədi, Yasamal, Xətai və Nərimanov təşkilatlarının da köhnə qərargahları zəbt edilib. “Bakının Binəqədi, Nərimanov, Yasamal və Xətai rayonlarında YAP-ın keçmiş binaları da özəlləşdirilib və kimlər tərəfindənsə zəbt olunub. YAP-ın Nəzarət Təftiş Komissiyası ilə birgə YAP-ın Siyasi Şurası tərəfindən komissiya yaradılmalı və bu məsələlər araşdırılmalıdır”, - deyə o vurğulayıb.

Musa Musayev qərargahların kimlər tərəfindən ələ keçirildiyini açıqlamayıb.

YAP-ın yerli təşkilatlarının rəhbərliyində adətən icra hakimiyyətlərinin vəzifəli şəxsləri təmsil olunur. Bu təsisat YAP-ın Mərkəzi Aparatından daha çox icra hakimiyyətlərinə tabedir. Bu baxımdan ehtimal etmək olar ki, yerli təşkilatların köhnə qərargahları elə icra hakimiyyətləri tərəfindən ələ keçirilir.

Musa Musayevin söylədiklərindən belə anlaşılır ki, hakim partiyada da bundan məlumatlıdırlar.

Məlumat üçün deyək ki, YAP-ın Binəqədi təşkilatının sədri Ramiz Göyüşov, Yasamal təşkilatının sədri Tağı Əhmədov, Xətai təşkilatının sədri Hüseynbala Mirələmov, Nərimanov təşkilatının sədri isə Təmraz Tağıyevdir. (Yenisabah.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024