Mobil versiya
Azərbaycanda zəncəfili 45 manata yüksəldən nədir?
Tarix: 01-04-2020 | Saat: 14:44
Bölmə:Manşet | çapa göndər

Azərbaycanda zəncəfili 45 manata yüksəldən nədir?






Covid-19 virusu hələ yenicə yayılmağa başlayandan onun haqqında sübut olunmamış məlumatlar və fərziyyələr yayılmaqdadır.

İnternetdə və sosial mediada yeni növ koronavirusun həqiqətə uyğun olmayan qeyri-adi və qeyri-ənənəvi yayılma üsulları, qida və xüsusi vasitələrlə müalicə yolları barədə əsassız "şok xəbərlər"ə tez-tez rast gəlmək olur.

Aia.Az bildirir ki, virtualaz.org Dünyada və Azərbaycanda ən çox yayılan sübut olunmamış tövsiyələri bir araya toplayıb:

1. Sarımsaq

Sosial şəbəkələrdə koronavirusa yoluxmanın qarşısını almaq üçün ən çox təklif edilən vasitələrdən biri sarımsaqdır.

Bu şəbəkələrin azərbaycanlı istifadəçiləri də sarımsağın koronavirusa yoluxmağın qarşısını necə aldığı, onu necə yemək lazım olduğu barədə postları sürətlə yayır, bir-birinə məsləhət görür və bu məlumatların həqiqətliliyi barədə ətrafındakıları inandırmağa çalışır.


Sarımsağın Azərbaycanda satış qiymətinin bir kiloqram üçün 3-4 manatdan 15-18 manatadək artması da bu kimi fərziyyələrdən sonra baş verib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) antimikrob xüsusiyyətinə malik olan bu bitkini sağlam qida olaraq məsləhət görür, ancaq onun koronavirusdan müdafiə xüsusiyyətiylə bağlı hər hansı dəlilin olmadığını bildirir.

2. Zəncəfil

Sarımsaqdan sonra koronavirus şayiələri arasında zəncəfil də "möcüzəvi vasitələr" siyahısında öz yerini tapıb.

Bəzi sosial şəbəkə istifadəçilərinin zəncəfilin "koronavirusa qalib gəldiyi" barədə təkidlərindən sonra Azərbaycanda bir kiloqramı 9-10 manata satılan zəncəfilin qiyməti 45-50 manatadək yüksəlib.

Azərbaycanın baş infeksionisti Cəlal İsayev yerli mətbuata açıqlamasında deyib ki, "nə sarımsağın, nə soğanın, nə də zəncəfilin bu virusa qarşı müalicəvi təsiri yoxdur".

Mütəxəssislər zəncəfilin hamilələr, qan xəstəliyi olanlar, şəkər xəstələri və bir sıra digər qrup insanlar üçün zərərli, hətta faciəvi nəticələr verə biləcəyi barədə xəbərdarlıq edirlər.

3. Sumax

Bəzi ölkələrdə, xüsusilə Türkiyədə yayılan məlumatlarda sumax və sumax suyunun koronavirusla mübarizədə "möcuzəvi təsirlərindən" danışılır.

Həmin məlumatlarda bu ədviyyat koronavirusun "yeganə dərmanı" kimi göstərilir.



Sosial şəbəkələrdə aktiv yayılan videolarda deyilir ki, hər şey bir qadının yuxusunda ona "koronavirusun yeganə dərmanı sumaxdır" deyilməsindən sonra başlayıb.

Bəzi videolarda isə sumaxı dərman kimi qəbul etmək qaydaları, sumax suyunun necə hazırlanması öyrədilir.

Bundan sonra Türkiyədə sumaxın qiyməti kəskin artıb.

Türkiyənin Səhiyyə Nazirliyi yanında koronavirusla mübarizə üçün yaradılan Elmi Komitə bu kimi məlumatlara etiraz edərək "sumax suyu kimi təkliflərin partlayış effekti verməsindən narahatıq" deyib.

4. Spirt, alkoqol, xlor



İnternetdə yayılan bəzi məlumatlarda spirt və ya alkoqolla ağızı qarqara etmək, bəzilərində isə içmək təklif olunur. Bu yolla koronavirus infeksiyasının məhv olduğu iddia olunur.

Azərbaycanın baş infeksionisti Cəlal İsayev yerli mətbuata açıqlamasında spirtli içkinin koronavirusdan qoruduğu fikirlərinin "boş fərziyyə" olduğunu deyib.

Azərbaycan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi vətəndaşlara müraciət edərək deyib ki, tibbi etil spirtinin "hər hansı bir durulaşmada daxilə qəbulu təhlükəlidir və yolverilməzdir".

Qurum tibbi etil spirtinin yalnız dezinfeksiya məqsədilə istifadəsini tövsiyə edir.

İnternetdə yayılan digər məlumatlarda isə bədəni tez-tez spirtləmək və ya xlor püskürtmək təklif edilir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bədənə spirt və ya xlor püskürtməyin "koronavirusu məhv etmədiyini" bildirir.

"Bütün bədənə spirt və ya xlor püskürtmək artıq orqanizmə daxil olmuş virusları məhv etməyəcək. Bu cür maddələrin püskürdülməsi geyim və selikli qişalara (yəni, gözlər, ağız) zərər yetirə bilər. Həm spirt, həm də xlor səthləri dezinfeksiya etmək üçün təsirli vasitədir, lakin onlar müvafiq hallarda və qaydalara uyğun olaraq istifadə edilməlidir", - ÜST-ün məlumatında deyilir.

5. Burunu duzlu su ilə yumaq

Koronavirusla mübarizə vasitəsi kimi burunu duzlu su ilə yumaq daha çox bu üsuldan pandemiyadan əvvəl də soyuqdəymə vaxtı istifadə edilən Rusiya və Ukrayna kimi ölkələrin sosial şəbəkə istifadəçiləri tərəfindən təklif olunur.

Onlar duzlu suyun koronavirusdan qoruduğuna inanırlar.



Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu kimi tövsiyyələri qəbul etmir.

ÜST burunun duzlu su ilə yuyulmasının koronavirusdan qoruduğuna dair "heç bir elmi sübutun olmadığını" bildirir.

"Bəzi məlumatlara görə, burunun duzlu məhlul ilə müntəzəm yuyulması ümumi soyuqdəymədən sağalmanı sürətləndirə bilər. Bununla belə, tənəffüs yolları infeksiyalarının qarşısını almaq üçün bir vasitə olaraq burunun yuyulmasının effektivliyinə dair heç bir dəlil yoxdur", - ÜST-ün məlumatında deyilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi

588 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-06-2020
01-06-2020
{sape_links}{sape_article}