Süleyman Dəmirəllə vida (CANLI)
Tarix: 19-06-2015 | Saat: 10:48
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər
Türkiyənin 9-cu prezidentinin cənazəsi xüsusi avtomobillə Kocatepe Məscidinə aparılır.
Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəllə son mənzilə yola salınır.
ANS PRESS-in məlumatına görə, Türkiyə siyasət tarixində yarım əsr yüksək vəzifələrdə çalışmış mərhum prezidentlə vida mərasimi yaşadığı evin qarşısından başlayıb. Səhər saatlarından mərasimlə bağlı bəzi yollar bağlanıb. Yaxınları və sevənləri 45 dəqiqəlik bu mərasimdən sonra mərhum prezidenti son mənzilə yola salıb.
Cənazə daha sonra Türkiyə Böyük Millət Məclisinə (TBMM) aparılıb. Parlamentdə Süleyman Dəmirəlin vida mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu, TBMM sədri Cəmil Çiçək, 11-ci prezident Abdullah Gül də iştirak edib. Süleyman Dəmirəlin vəfatı səbəbilə Ankarada keçirilən cənazə mərasiminə 9 ölkədən dövlət nümayəndələri qatılır.
Mərasimdə Şimali Kipr Türkiyə Cümhuriyyəti prezidenti Mustafa Akıncı, sabiq prezidenti Derviş Eroğlu, Xorvatiya sabiq baş nazirinin müavini və sabiq xarici işlər naziri Mate Qranise, Qırğızıstan xarici işlər naziri Erlan Abdyldaev, Ukrayna Parlamentinin millət vəkili və Krım-Tatar Məclisinin sabiq başçısı Mustafa Abdülcemil Kırımoğlu, Azərbaycan Milli Məclisinin sədri Oktay Əsədov və Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Naxçıvan Muxtar Respublikasinin baş naziri Əlövsət Baxşıyev, Rumıniya Xarici İşlər Nazirliyi Dövlət katibi George Ciamba və digər rəsmilər iştirak edir.
Dəmirəlin cənazəsi hazırda xüsusi avtomobillə Kocatepe Məscidinə aparılır. Burada cümə namazının ardından cənazə namazı qılınacaq. Dəmirəlin qəbri daha sonra İspartaya aparılacaq və şənbə günü burada dəfn olunacaq.
Qeyd edək ki, 91 yaşındakı 9-cu prezident Süleyman Dəmirəl çərşənbə günü vəfat etmişdi. Mərhum prezidentin ölüm səbəbi tənəffüs yolu infeksiyası, böyrək və ürək çatmazlığı olaraq açıqlanmışdı.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024