Naxçıvanda pensiyalar artımla ödənilib
Tarix: 14-02-2020 | Saat: 12:00
Bölmə:Ölkə | çapa göndər
Ötən il minimum əməkhaqqının və dövlət sektoru ilə yanaşı, özəl sektorda çalışanların əməkhaqlarının artırılması ölkədə ortaaylıq nominal əməkhaqqının da əhəmiyyətli dərəcədə – 16,6 faiz artması ilə nəticələnib. Bu isə, öz növbəsində, qanunvericiliyə əsasən 2020-ci ildə pensiyaların sığorta hissəsinin 16,6 faiz indeksləşdirilərək artırılmasına imkan verib.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin məlumatında bildirilib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs tərəfindən müvafiq tədbirlər həyata keçirilib, muxtar respublika üzrə əmək pensiyaçılarının pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə şəhər və rayon şöbələrinə müvafiq tapşırıqlar verilib. Fondun yerli orqanları tapşırıqların vaxtında yerinə yetirilməsini diqqət mərkəzində saxlayaraq bütün növ əmək pensiyaları üzrə pensiyaların sığorta hissəsinin artırılması prosesini başa çatdırıb, yanvar ayının artımları da daxil olmaqla, fevral ayının pensiya ödənişində bütün növ əmək pensiyalarının ödənilməsinin maliyyələşdirilməsi təmin edilib.
Fond tərəfindən muxtar respublika üzrə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və dövlət qulluqçusu kimi əmək pensiyası alan pensiyaçılar istisna olmaqla, 48 min 500 nəfərə yaxın əmək pensiyaçısına şamil edilib. Bu artımların ödənilməsinin həyata keçirilməsinə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin büdcəsindən hər ay orta hesabla 1,7 milyon manata yaxın əlavə vəsait ayrılması nəzərdə tutulur.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər