Mobil versiya
“Zeynal Nağdəliyev: "Zavod və müəssisələr işlək vəziyyətə gətirilməlidir"
Tarix: 04-02-2016 | Saat: 15:14
Bölmə:İqtisadiyyat / Manşet / Karusel | çapa göndər




"Dünyada iqtisadi böhran baş verib. Böhran Azərbaycana təsir etməyə bilməzdi. İqtisadi böhran milli valyutaya təsirini göstərib. Amma etiraf etmək lazımdır ki, bu, ölkəmizdə elə də ciddi hiss olunmur".

Aia.az Report-a istinadən bildirir ki, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

O qeyd edib ki, Azərbaycanda iqtisadi böhranın aradan qaldırılması istiqamətində işlər görülür: "Bilirsiz ki, özəlləşdirmə işi surətlə aparılır. Zavod və müəssisələr işlək vəziyyətə gətirilməlidir. Böhrandan çıxış üçün sahibkarlara şərait yaradılmalıdır, onların fəaliyyət istiqamətləri genişləndirilməlidir".

Z.Nağdəliyev bildirib ki, neftin qiymətinin dünya bazarında düşməsinə baxmayaraq, Azərbaycan dinamik inkişaf etməkdə davam edir: "Bilirsiz ki, dünyada böhran olduğu halda əmək haqları, təqaüdlər artırıldı. Bu, prezident İlham Əliyevn yürütdüyü siyasətin nəticəsidir. Dövlət başçısı bütün problemlərlə maraqlanır, müvafiq tapşırıqlarını verir. 12 ildə xeyli nailiyyət əldə etmişik. Nailiyyətlərimiz bütün sahələri əhatə edir".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-12-2024