“İcra başçısı yeni iş yerlərinin sayını açıqladı - İllik hesabat
Tarix: 04-02-2016 | Saat: 14:52
Bölmə:İqtisadiyyat / Manşet / Karusel | çapa göndər
Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
“Qafqazinfo”ya daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev cari il yanvar ayının 10-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitq söyləyərək ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirib.
Rayonda sənayenin əsas iqtisadi göstəriciləri barədə ətraflı məlumat verən icra başçısı, ötən ilin yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafının davam etdirildiyini və bu müddət ərzində xidmətlər də daxil olmaqla 2 milyard 359 milyon manatlıq məhsul istehsal olunduğunu, 2014-cü ilə nisbətən 94,9 faiz artım sürəti əldə edildiyini, istehlakçılara 2 milyard 348,4 milyon manatlıq və ya bütün sənaye məhsulunun 99,5 faizi qədər sənaye məhsulu göndərildiyini, həmçinin istehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisinin 88,7 faiz təşkil etdiyini, yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 3996 daimi iş yerinin yaradıldığını vurğulayıb.
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində 193 nömrəli tam orta məktəbdə yeni akt və idman zallarının tikintisinin başa çatdırıldığını qeyd edən natiq, hal-hazırda Elmi Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunda, Respublika Uşaq Reabilitasiya Mərkəzində, 21 saylı musiqi məktəbində əsaslı təmir işlərinin davam etdirilərək, bir sıra təhsil müəssisələrində mütəmadi olaraq cari təmir işlərinin aparıldığını əlavə edib. Eyni zamanda, ötən dövr ərzində rayon rəhbərliyi tərəfindən 2529 nəfər vətəndaşın iştirak ilə keçirilmiş 26 səyyar görüş və qəbullar zamanı edilən 239 müraciətdən 229-nun (96 %) öz müsbət həllini tapdığı, 10-nun isə (4%) nəzarətə götürüldüyü nəzərə çatdırılıb.
Sonda rayonun sosial-iqtisadi və ictimai-mədəni həyatında fərqlənən şəxslərə Rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri təqdim olunub.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024