Mobil versiya
Sahibkarlar prezidentdən nə xahiş etdilər? – ÇIXIŞLAR
Tarix: 27-01-2016 | Saat: 14:35
Bölmə:İqtisadiyyat / Manşet / Karusel | çapa göndər

Sahibkarlar prezidentdən nə xahiş etdilər? – ÇIXIŞLAR
Dünən keçirilən konfrans çərçivəsində.

Xəbər verdiyimiz kimi, yanvarın 26-da Bakıda Heydər Əliyev Mərkəzində regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib.

Aia.az Fins.Az-a istinadla xəbər verir ki, konfransda çıxış edən sahibkarlar gördükləri işlər barədə məlumat verməklə yanaşı, dövlət başçısından bəzi problemləri həll etməyi də xahiş ediblər.

Su təchizatı problemi Qusar Logistika Mərkəzinin və Bağçılıq Təsərrüfatının baş direktoru Elnur Mənsimov bildirib ki, rəhbərlik etdiyi qurum ilk sərmayə qoyuluşuna Qusar rayonunda 50 hektar alma bağlarının salınması ilə başlayıb. Hazırda meyvə bağlarınin sahəsi 6 dəfə artaraq 300 hektara çatıb və bu rəqəmi 500 hektara çatdırmaq nəzərdə tutulur.

Bununla yanaşı, sahibkar su təchizatı ilə bağlı problemi dövlət başçısıının nəzərinə çatdırıb:

“Lakin yay mövsümündə meyvə bağlarının suvarılmasında müəyyən çətinliklərimiz olur.

Bununla əlaqədar olaraq, suvarma suyuna olan tələbatımızın təmin edilməsi ilə bağlı aidiyyəti dövlət strukturlarına müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirik. Bu məsələ həllini tapdığı təqdirdə, bizimlə yanaşı, regionda fəaliyyət göstərən fermerlərin də yeni intensiv meyvə bağları salmasına şərait yaranacaq və nəticədə istehsal və ən əsası ixrac potensialımız kifayət qədər artacaq”.

Əlavə torpaq sahəsi Qarabağ Aqrar Sənaye Kompleksinin baş direktoru Vahid Rzayev bildirib ki, adı çəkilən kompleks Bərdə rayonunun Mehdili kəndində 5 sahibkarlıq subyektinin birləşməsindən yaranıb.

Burada Almaniya, İngiltərə və Türkiyə şirkətlərinin müasir texnologiyaları əsasında 5 min tonluq logistik mərkəz, 4200 başlıq ətlik və südlük istiqamətli heyvandarlıq kompleksləri, illik 5,4 min ton istehsal gücü olan ət kəsimi və emalı fabriki, illik istehsal gücü 46 min ton olan qüvvəli yem zavodu inşa edilib.

Sahibkar işlərin bundan sonra da genişlənməsi üçün dövlət başçısından əlavə torpaq sahələrinin ayrılmasını xahiş edib:

“İstehsal fəaliyyətimizi artırmaq və yerli ərzaq məhsullarına olan tələbatımızı daha da dolğun ödəmək üçün geniş imkanlarımız var.

Bu məqsədlə bizə Dövlət Ehtiyat Fondu torpaqlarından əlavə torpaq sahəsinin ayrılmasına ehtiyac vardır. Bu torpaq sahələrində müxtəlif meyvə, tərəvəz və yem bitkilərinin əkilməsini hədəfləyirik. Bu da istehsal imkanlarımızı artırmaqla yanaşı, heyvandarlıq kompleksinin yemə olan ehtiyacının ödənilməsində, istehsal olunan məhsulların maya dəyərinin aşağı düşməsində, qiymətlərinin sabitləşməsində və ixrac imkanlarımızın yaranmasında xüsusi rol oynayacaq”.

Gömrükdə güzəştlər “Embawood” MMC-nin baş direktoru Elşad Abbasov başçılıq etdiyi şirkətin ixracla bağlı planlarının olduğunu bildirib, amma deyib ki, həmin məhsulların rəqabət qabiliyyətli olması üçün gətirilən xammala gömrük güzəştlərinin tətbiqi məqsədəuyğun olardı:

“İcazənizlə qeyd edim ki, şirkətimiz məhsul istehsalı üçün lazım olan xammalı müxtəlif MDB ölkələrindən alır. Bu baxımdan, məhsullarımızın maya dəyərini aşağı salmaqla rəqabətqabiliyyətliliyinin gücləndirilmək, istehsalımızın artırılmaq, həmçinin Rusiya, Qazaxıstan və Orta Asiya ölkələrinə ixrac imkanlarımızı genişləndirmək üçün həmin xammal materiallarının gömrük rüsumlarından azad olunması məqsədəuyğun olardı”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə