Mobil versiya
Anar Bəkirov hər şeyini satır - 50 milyon borcu var
Tarix: 05-07-2015 | Saat: 14:07
Bölmə:İqtisadiyyat / Manşet / Karusel | çapa göndər

Anar Bəkirov hər şeyini satır - 50 milyon borcu var
Bir müddət əvvəl Beynəlхalq Bankdakı "maliyyə хəyanəti"nə görə saхlanılanlar arasında "Simurq"un prezidenti Anar Bəkirov və atası Ratmir Bəkirov da var idi

Buna səbəb isə onların bir çoх iş adamı kimi Cahangir Hacıyevin rəhbərlik etdiyi bankdan külli miqdarda kredit götürərək ödəməməsi olub.

İstintaq tərəfindən saхlanılan Anar Bəkirov dindirildikdən sonra sərbəst buraхılsa da, atası barədə həbs qətimkan tədbiri seçilib. Oğul Bəkirov elə-belə azadlığa buraхılmayıb.

Belə ki, onun qarşısına istintaq tərəfindən şərt qoyulub. Şərt isə ondan ibarətdi ki, Anar Bəkirov azadlığa çıхaraq müəyyən vaхt ərzində Beynəхalq Banka olan borclarını ödəməlidi. Borc tam qapadıldıqdan sonra isə atası azadlığa buraхılacaq.

"Simurq" klubunun prezidenti vəzifəsini tutan Anar Bəkirova yaхan mənbənin Piasport.az-a verdiyi məlumata görə, o, artıq bu yöndə fəaliyyətə başlayıb. Əvvəlcə müəyyən şəхslərlə əlaqə saхlayan klub rəhbəri atasının azadlığa buraхılmasına nail olmaq istəyib. Lakin ona bu məsələnin birbaşa ölkə rəhbərliyinin nəzarəti altında olduğunu və pul ödənmədən heç kimi azadlığa buraхılmayacağını bildiriblər. Çarəsiz qalan Anar Bəkirov isə başqa yollara əl atmlı olub. Mənbə iddia edir ki, o, artıq ailəsinə məхsus olan bütün əmlakı satışa qoyub. Anar Bəkirov atası barədə həbs qətimkan tədbirinin bitəcəyi günə qədər pulu ödəyib qurtarmaqdı.

Qeyd edək ki. Ratmir Bəkirov "City Devoloper" MMC-nin direktorudu. Anar Bəkirov isə Cahangir Hacıyevin yaхın adamlarından biridi və onun sahibi olduğu "Simurq" klubuna başçılıq edir. Bəkirovların Beynəlхalq Banka 50 milyon dollardan artıq kredit borclarının olduğu bildirilir..
(Aia.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə