Mobil versiya
Silah bazarında trilyonlarla dollar xərclənir – Dünya sürətlə SİLAHLANIR
Tarix: 29-04-2019 | Saat: 11:46
Bölmə:Manşet / Dünya | çapa göndər

Silah bazarında trilyonlarla dollar xərclənir –


Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu 2018-ci ildə dünya üzrə hərib xərclərlə bağlı hesabat dərc edib.



Modern.az xəbər verir ki, ötən il dünyada silah satışına 1,6 trilyon dollar vəsait xərclənib.

Bu 2017-ci illə müqayisədə 2,6% çoxdur. Hərbi xərclərin 60%-i ABŞ, Çin, Səudiyyə Ərəbistanı, Hindistan və Fransanın payına düşür.



Hərbi xərclərini 2017-ci illə müqayisədə 24% artıran Türkiyə isə bu göstəriciyə görə dünyada ilk “beşliyə” düşüb. Hərbi xərcini kəskin artıran ölkələr Burkino-Faso (312 milyon dollar – 52%) və Yamayka (208 milyon dolar – 40%) olub.

Rusiya hərbi büdcəsini 3,5% azaldaraq 61,4 milyard dollar xərcləyib.



Ən çox hərbi sahəyə pul xərcləyən ölkələrin lideri sırasına ABŞ (649 milyard dollar), Çin (250 milyard dollar) və Səudiyyə Ərəbistan (67 milyard dollar) olub.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5220 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2020
04-06-2020
{sape_links}{sape_article}