Azərbaycanda atılmış valideynlər övladlarından aliment tələb edə bilərlər - Qanun İCAZƏ VERİR
Tarix: 29-01-2019 | Saat: 13:00
Bölmə:Manşet / Ölkə | çapa göndər
“Valideynlərin uşaqlarını saxlamaq üçün aliment ödəmək vəzifəsi olduğu kimi, yetkinlik yaşına çatmış övladların da valideynlərini saxlamaq vəzifəsi var. Ailə Məcəlləsində əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borclu olduqları təsbit olunub”.
Bu sözləri Modern.az-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri, hüquqşünas Əlimməmməd Nuriyev deyib.
O bildirib ki, aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur:
"Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Alimentin miqdarı müəyyən olunarkən aliment tələbi valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verilməsindən asılı olmayaraq məhkəmə onların hamısını nəzərə ala bilər. Müəyyən olunmuş aliment onu ödəməli olan şəxsin qazancından və digər gəlirlərindən tutulur. Qazanc və digər gəlirlər çatışmadıqda aliment onu ödəməli olan şəxsin bankdakı və s. kredit idarələrindəki hesabında olan pul vəsaitindən, eləcə də müqavilə əsasında kommersiya və qeyri-kommersiya təşkilatlarına verilən pul vəsaitindən tutulur. Bu vəsaitlər çatışmadıqda isə aliment ödəməli olan şəxsin qanunla tələb yönəldilə bilən başqa əmlakına yönəldilə bilər”.
Ə. Nuriyev qeyd edib ki, əgər məhkəmə yetkinlik yaşına çatmış övladlardan əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment ödənilməsi üçün qərar qəbul etsə və həmin şəxs məhkəmə qərarını icra etməsə, o, məsuliyyətə cəlb oluna bilər.
“Hətta bilərəkdən imtina olsa, cinayət məsuliyyəti də yarada bilir. Çünki məhkəmə qərarları kimliyindən asılı olmayaraq qeyd-şərtsiz icra olunmalıdır”.
Hüquqşünas onu da əlavə edib ki, valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər.
“Uşaqlar, həmçinin valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər”.
Ə. Nuriyev məhkəmələrdə valideynin yetkinlik yaşına çatmış övladlarından aliment tələb etməsi ilə bağlı işlərin çox az olduğunu bildirib:
“Hətta demək olar ki, yox səviyyəsindədir. Çünki bizim Azərbaycan cəmiyyətinin xüsusiyyətləri fərqlidir. Böyük əksəriyyət övladlar valideynlərini saxlayırlar. Bu bizim milli xüsusiyyətlərdən irəli gələn məsələlərdən biridir. Ancaq bəzi hallarda övlad da nankor çıxır. Valideynini saxlamaqdan imtina edir. Çox təəssüflər olsun ki, praktikada övladları tərəfindən qocalar evinə qoyulanlar da var. Eyni zamanda, dövlət də ahıl şəxslərin saxlanılmasını öz üzərinə götürdüyü üçün bu məsələlər ictimai müzakirəyə çıxarılmır. Həmçinin, valideynlər ən ağır vəziyyətdə yaşasalar belə, öz övladlarına qıymırlar. Onları məhkəməyə vermirlər. Valideynlər dövlətin himayəsinə sığınmağı, övladını məhkəməyə verməkdən üstün tuturlar”.
Qeyd edək ki, Ailə Məcəlləsinin 82-ci maddəsində yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsi təsbit olunub.
Yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsi aşağıdakı kimdir:
1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.
2. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur.
3. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.
4. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır.
5. Valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər.
6. Uşaqlar valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu