Mobil versiya
Uğurun uğuru
Tarix: 14-01-2019, 12:54 | Saat: 15:47:00
Bölmə:Yazar1 | çapa göndər

Uğurun uğuru


Şəcahan Gün

Uşaqlar, bu nağılda sizə Uğurdan danışacam. Uğur evdə həm it, həm də pişik saxlayırdı. Amma bununla belə Uğurun bir problemi vardı. İti ilə pişiyi yola getmirdi. Uğur nə qədər çalışırdı ki, onların arasında dostluq yaratsın, heç nəyə nail ola bilmirdi. Əslində Julinin başına oyunu Lalə açırdı. Lalə Juliyə göz verib işıq vermirdi. Lalə Julini əsəbləşdirir- özü də qaçıb ağaca çıxır, oradan da Juliyə baxırdı. Bir dəfə Lalə ağacın başından, ağacın kölgəsində yatan Julinin başına alma atmışdı. Yazıq Juli alma başına düşəndə yuxudan oyanıb xeyli qaçmış və xeyli ürəyi döyünmüşdü. Yenə də Uğur itinin dalınca düşüb onu axtarmışdı. Lalənin belə sərgüzəstləri çox idi. Uşaqlar, bunların hamısını bir – bir sizə danışacam.

Bir gün Uğurun Vaqif babası balıq ovuna gedirdi. Uğur çox xahiş etdi ki, onu da balıq ovuna aparsın. Baba əvvəlcə razılaşmadı. Sən hələ çox balacasan dedi. Amma Uğur çox təkid edəndən sonra bit təhər razı oldu. Onlar səhər tezdən oyanıb hazırlaşdılar. Yol çantalarını yığdılar. Axşamdan yığdıqları soxulcanları da bir qutuya qoyub götürdülər. Uğur babasından xahiş etdi ki, Jülini də aparsınlar. Onlar elə təzəcə yola çıxmışdılar ki, bir də gördülər ki, Lalə də dallarınca gəlir. Nə qədər çalışsalar da Laləni geri qaytara bilmədilər. Məcbur olub onu da özləri ilə balıq ovuna apardılar.

Baba çayın sahilində yerini rahatladı. Tilovunu çıxarıb ucuna qurd bağlayıb suya atdı. Sakitcə oturub gözləməyə başladı. Uğur da Jüli ilə birgə babanın yanında sakitcə oturmuşdular. Uğur asta –asta Jülinin başını sığallayırdı. Elə bu vaxt tilov tərpənməyə başladı. Baba sevinclə tilovu yığmağa başladı. Tilova qəşəng bir farel düşmüşdü. Baba ehtiyatla balığı çıxarıb yanındakı vedrəyə qoydu. Və yenidən tilovuna qurd taxıb, tilovu çaya atdı. Elə bir azca oturmuşdular ki, Jüli hürməyə başladı. Hamı Jüli hürən tərəfə baxdı. Lalə bir tərəfdə oturub gizlincə babanın tutduğu balığı yeyirdi.

Uğurun Vaqif babası həm də yaxşı ovçu idi. Bir gün yenə baba ördək ovuna gedirdi. Uğur babadan əl çəkmədi ki, çəkmədi. Babanın da ürəyi yumşaq idi. Yenə Uğuru ozü ilə ova aparmağa razılaşdı. Onlar birlikdə ova getdilər. Göl sahili qamışlıqdan ibarət idi. Baba Uğura və Juliyə işarə etdi ki, sakit dursunlar. Ördəklərin gölə gələn vaxtidir. Baba təzəcə tüfəngini hazırlayıb çaxmağı çəkmək istəyidi ki, birdən Lalənin miyoltusu gəldi. Juli Lalənin dalınca düşüb onu qovmağa başladı. Ördəklər uçub getdilər. Baba tüfəngini aşağı saldı. Yenə Lalə onun ovuna mane olmuşdu.

Uğur nə edəcəyini bilmirdi. Juli ilə Lalənin arasında necə dostluq yaratsın? Axı o , onların hər ikisini də sevir. Nəhayət, Uğur belə bir iş gördü. İki dam tikdi. Birini balaca, digərini nisbətən böyük. Ən qəribəsi də o idi ki, balaca dama girmək üçün gərək böyük damın içindən keçəsən. Həə, uşaqlar, deyəsən Uğur istəyinə nail olacaqdır. Balaca damı Laləyə , böyük damı isə Juliyə verdi. Uğur belə bir iş də gördü. Birinci Julini yedizdirirdi. Lalə baxa – baxa qalırdı. Sonra Laləni yedizdirirdi. Bax, uşaqlar, günlər keçdikcə Uğurun Julisi ilə Laləsi dostlaşmağa başladılar. Soyuq havalarda Lalə Juliyə qısılıb yatırdı. Juli də mehribancasına onu qucaqlayırdı.



5579 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

25-06-2019
24-06-2019
«    Июнь 2019    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930