Mobil versiya
Uşaq poliklinikasında profilaktik peyvəndlərin aparılması
Tarix: 26-12-2018 | Saat: 16:41
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Uşaq poliklinikasında profilaktik peyvəndlərin aparılması




Uşaq poliklinikasında profilaktik peyvəndlərin aparılması.

N.J.Piroqov demişdir: “Gələcək tibbi profilaktikaya məxsusdur”. Profilaktika sahəsində işin gücləndirilməsi tarixən səhiyyənin qarşısında duran əsas tədbirlərdən birisidir. Uşaq poliklinikasında sahə həkiminin vəzifə öhdəliklərinə sanitar maarifləndirmə, dispanserizasiya və infeksion xəstəliklərdən yoluxmaların qarşısının alınmasına yönəldilmiş profilaktik peyvənd işini həyata keçirmək aiddir. Təsadüfi deyildir ki, 2006-cı ildə ölkəmizdə qəbul olunmuş ən vacib Dövlət Proqramlarından biri də “Yoluxucu xəstəliklərin immunoprofilaktikasına” həsr olunmuşdur. 2010-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabineti 2011-2015-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına aid tədbirlər proqramı adlı qərar qəbul etmişdir. Əlbəttə ki, Tədbirlər Proqramının məqsədi vaksinasiya ilə qarçısı alına bilən yoluxucu xəstəliklərin profilaktikasının yaxşılaşdırılması, körpə və uşaq ölümünün səviyyəsinin aşağı salınmasından ibarətdir.

İmmunoprofilaktika - yoluxucu xəstəliklərə qarşı müdafiə metodudur, əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirilən tədbirdir. Insanlar profilaktik metod olan peyvənddən eramızın VII əsrindən etibarən istifadə etməyə başlamışlar. Demək olar ki, dünyada peyvəndin alternativi yoxdur. Ancaq bu yolla ən qorxulu xəstəliklərdən qorunmaq olar. Hal-hazırda ABŞ-da 5 yaşa çatmış Amerika uşaqlarının 98%-dən çoxu planlaşdırılmış immunizasiyaya məruz qalırlar. Belə ki, bunsuz uşaqlar məktəbə qəbul edilmirlər.

Profilaktik peyvəndlər peyvənd kabineti olan uşaq poliklinikalarında həyata keçirilir. Peyvənd otağında lazım olan sənədlər aşağıdakılardır: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 30 dekabr 2016-cı il tarixli 100 №-li əmri ilə təsdiq edilmiş profilaktik peyvəndlər kitabçası (forma N 063); Profilaktik peyvəndlər plan jurnalı (illik, aylıq); Profilaktik peyvəndlərin qeydiyyatı jurnalı; Vaksinlərin qeydiyyat jurnalı. Bütün sənədlər hər pediatrik sahənin və uşaqların aylarına uyğun olaraq xüsusi kartotekalara yerləşdirilir. Peyvəndlərin aparılmasının effektivliyi bir sıra amillərdən, o cümlədən vaksinlərin saxlanılma şəraitivə yararlılıq müddətindən asılıdır. Həm də peyvəndə göstəriş olan uşaqların düzgün seçilməsi, peyvəndlərin aparılmasına əks göstərişlərə ciddi riayət edilməsi, vaksinlərin saxlanılma temperaturuna fikir verilməlidir. Ölkəmizdə peyvəndlər dövlət tibb müəssisələrində dövlət vəsaiti hesabına yerinə yetirilir. Lakin heç də dünyanın bütün ölkələrində vaksinasiya işi bütövlükdə dövlət hesabına həyata keçirilmir. Bu ölkə rəhbərliyinin səhiyyəyə, sağlamlığın qorunmasına göstərdiyi diqqət və qayğının, həyata keçirilən Dövlət Proqramının, uşaqların sağlamlığının qorunması istiqamətində Səhiyyə Nazirliyində görülən işlərin müsbət nəticələrinin yekunu hesab edilməlidir.

Uşaq poliklinikasında hər bir uşaq peyvənd edilməmişdən əvvəl həkim pediatr tərəfindənhərtərəfli müayinə edilməlidir. Valideynlərdən dəqiq anamnez toplanılır, anamnezdə uşaqda allergik meylin olması, keçirilən infeksion xəstəliklər, nevropotoloqun dispanser qeydiyyatında və nəzarətində olması və s. kimi məsələlərə fikir verilir; qanın, sidiyin, nəcisin ümumi analizi, göstəriş olduqda biokimyəvi analiz aparılmalıdır. Bu müayinələr aparıldıqdan sonra nəticələr həkim pediatr tərəfindən uşağın inkişaf tarixində (Forma 112) qeyd olunur. Poliklinikanın peyvənd kabinetində pediatrik sahələr üzrə qeydiyyatda olan bütün uşaqlar üçün fərdi qaydada profilaktik peyvənd kitabçası vardır. Bu kitabçadatibb müəssisəsinin adı, kodu, uşağın şəxsiyyətini təsdiq edən sənədin növü, seriyası, nömrəsi, VESKS kodu və yenidoğulmuşun inkişaf tarixinin və ya ambulator kitabçasının nömrəsi qeyd olunur. Profilaktik peyvənd kitabçasında uşaq haqqında məlumat, adı, soyadı, atasının adı, vətəndaşlığı, doğum tarixi (gün, ay, il), cinsi, qan qrupu və rezus faktorı, daimi yaşayış ünvanı, böyük yaşlı uşaqlar üçün təhsili, təhsil aldığı müəssisənin adı, telefonu və s. yazılır. Bu profilaktik peyvənd kitabçasında qorxulu xəstəliklərə qarşı peyvəndin adı, vurulma tarixi, vaksinasiya və ya revaksinasiya olması, uşağın yaşı, tibb müəssisəsinin adı, peyvəndin dozası, seriyası və nəticəsi, əks göstəriş varsa tarixi və səbəbi, peyvəndə reaksiya, ümumi və ya yerli reaksiyanın olması, eyni zamanda başqa infeksiyalar əleyhinə peyvənd olarsa preparatın adı mütləq düzgün və dəqiq qeyd olmalıdır.
Sahə həkiminin adı və soyadı göstərilməlidir. Profilaktik peyvəndlər kitabçası kartotekada saxlanılır. Beləliklə, bu sənədə əsasən uşaqlar üçün həkim-immunoloq tərəfindən sahə həkiminin iştirakı ilə peyvənd planı tutulur. Uşaqlara peyvənd vurulduqdan sonra profilaktik peyvənd kitabçasında qeyd olunur. Eyni zamanda profilaktik peyvəndlərin qeydiyyat jurnalında mütləq qeydiyyat aparılır.
Yoluxucu xəstəliklərə qarşı immunitetin yaradılması üçün müxtəlif immunobioloji preparatlardan (vaksinlər, anatoksinlər və s) istifadə olunur. Xəstəliklərdən qorunmanın ən effektiv yolu vaksinasiyadır.

Planlı şəkildə aparılan peyvəndlər üçün preparatlar öldürülmüş və diri mikroorqanizmlərdən və ya toksinlərindən hazırlanır. Hər bir peyvəndin tərkibi spesifik antigendən təşkil olunur ki, uşaq orqanizmində də bu antigenə qarşı anticisimlər hazırlanılır. Orqanizmdə yaranmış immunitetin davamlı olması üçün revaksinasiyaların aparılması vacibdir.

Son illər kombinə olunmuş çox komponentli vaksinlərdən (QPM - qızılca, parotit, məxmərəyə qarşı üç komponentli vaksin, DGTHibHepB - difteriya, göyöskürək, tetanus, B tipli hemofıl influensa, hepatit B xəstəliklərinə qarşı beş komponentli vaksin) istifadə olunur, bu vaksinlərin üstünlüyü bir neçə xəstəliyə qarşı peyvənd vaksinlərinin bir inyeksiyada vurulmasıdır.
Ölkədə istifadə edilən bütün peyvənd materialları Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzində müayinədən keçirilir, tam təhlükəsizdirlər.

Peyvəndlərin aparılması Səhiyyə Nazirliyinin müvafiq əmr və təlimatları ilə tənzimlənir, peyvənd təqviminə əsasən aparılır - bu sənəd profilaktiki peyvəndlərin aparılması müddətini və ardıcıllığını təyin edir. Hal-hazırda Azərbaycanda Hepatit B, vərəm,difteriya, göyöskürək, tetanus, poliomielit, B tipli hemofıl influensa, qızılca, parotit, məxmərək xəstəliklərinə qarşı peyvəndlər, 2013-cü ilin noyabr ayından ən qorxulu xəstəlik olan pnevmakok infeksiyasına qarşı peyvənd vurulur. 2015-ci ilin avqust ayının 15-dən başlayaraq İPV - poliomielitə qarşı peyvəndin inyeksiya şəklində vurulmasına başlanmışdır. Beləliklə, ölkəmizdə 11 yoluxucu xəstəliyə qarşı peyvənd aparılır. Hər bir peyvındin aparılması üçün optimal yaş var. Hər peyvınd üçün bu yaş müxtəlifdir. Immunlaşdırma uşaq xəstəliyə yoluxmamışdan əvvəl, təqvimə uyğun və vaxtında aparılmalıdır. Bu çox vacibdir.





Hep B – Hepatit B xəstəliyinə qarşı peyvənd
BCG – Vərəm əleyhinə peyvənd
OPV – Poliomielitə qarşı peyvənd
Hib – Difteriya, göyöskürək, tetanus, hepatit B və B tip hemofil influensaya qarşı peyvənd
Pk – Pnevmakok infeksiyasına qarşı peyvənd
QPM – Qızılca, parotit, məxmərəyə qarşı peyvənd
DGT - Difteriya, göyöskürək, tetanusa qarşı peyvənd
DT – Difteriya və tetanusa qarşı peyvənd
İPV – Poliomielitə qarşı inyeksiya şəklində peyvənd
VitA – Vitamin A-dır. (kapsula şəklindədir60 mq. 1 kapsulanın tərkibində 200 000 İA VitA və 40 İA VitE vardır).

İmmunoprofilaktikaya aid Tədbirlər Proqramına əsasən Azərbaycan Respublikası üzrə Profilakti Peyvənd Təqvim cədvəl 1-də göstərilmişdir. Bu Profilaktik peyvənd təqviminə əsasən uşaqlara profilaktik peyvəndləraşağıdakı qaydada həyata keçirilir:
Hepatit B əleyhinə vaksin yenidoğulmuşlara, doğuşdan sonra 12 saat ərzində vurulmalıdır;
yenidoğulmuşlara doğum evində 4-7 günlüyündə vərəm əleyhinə peyvənd edilil və eyni gündə poliomielitə qarşı OPV vaksini 2 damcı verilməlidir;
2 aylıqda HİB DGT, Hep B - 5 xəstəliyə (difteriya, göyöskürək, tetanus, hepatit B və B tip hemofil influensaya) qarşı kombinəedilmiş vaksin vurulur, OPV polimiolitə qarşıvaksin 2 damcı ağıza tökülür və Pk pnevmakok infeksiyasına qarşı vaksinvurulur;
3 aylıqda HİB DGT, Hep B - 5 xəstəliyə (difteriya, göyöskürək, tetanus, hepatit B və B tip hemofil influensaya) qarşı 5 komponentli kombinəedilmiş vaksin vurulur, OPV polimiolitə qarşıvaksin 2 damcı ağıza tökülür;
4 aylıqda HİB DGT, Hep B - 5 xəstəliyə (difteriya, göyöskürək, tetanus, hepatit B və B tip hemofil influensaya) qarşı kombinəedilmiş vaksina vurulur, OPV polimiolitə qarşı 2 damcı ağıza tökülür və Pk pnevmakok infeksiyasına qarşı vaksininyeksiya şəklində vurulur;
6 aylıqdan Pk pnevmakok infeksiyasına qarşı peyvənd aparılır və İPV poliomielitə qarşı vaksin inyeksiya olunur;
12 aylıqda QPM, Vit A – (qızılca, parotit və məxmərəyə qarşı kombinə olunmuş vaksin vurulur və Vit A) verilir.
18 aylıqda DGT, OPV poliomielitə qarşı vaksin, vit A – (yəni, difteriya, göyöskürək, tetanusa qarşı kombinəolunmuş vaksin, poliomiolitə qarşı vaksin olunur və Vit A) verilir;
6 yaşında – GPM revaksinasiya, DT revaksinasiya (qızılca, parotit, məxmərəyə qarşı və difteriya və tetanusa qarşı revaksinasiya) olunur.
Qeyd etmək lazımdır ki, peyvənd zamanı uşaq orqanizminin immuniteti nisbətən aşağı düşür. Immuniteti bərpa etmək üçün uşaqlara kapsula şəklində VitA verilir.Poliomiolitə qarşı vaksin edilərkən Belqiya preparatı 2 damcı verilir, əgər Rusiya preparatıdırsa onda 4 damcı verilməlidir.
Dozalar arasında mütləq minimum vaxt 4 həftədən az olmamalıdır. Bu uşaqda güclü immunitetin yaranması üçün lazım olan optimal vaxtdır.Əlbəttə ki, bütün peyvəndlər vurulduqdan sonra forma 112-də, profilaktik peyvənd kitabçasında və profilaktik peyvəndlərin qeydiyyat jurnalinda mütləq qeyd olunmalıdır.
Yadda saxlayın

Peyvənd olunduqdan sonra uşaq soyuq dəymədən, infeksiyalardan qorumaq lazımdır. Peyvənddən bir gün əvvəl və bir neçə gün sonra yüksək allergik xüsusiyyətlərə malik qida məhsulları – yumurta, balıq, sitrus meyvələr, qoz-fındıq, şokolad və konservləşdirilmiş məhsullar, yağlı bulyonlar vermək olmaz!

Bu gün immunoprofilaktika ilə bağlı Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən arıcıl və səmərəli işin nəticəsidir ki, respublikada difteriyanın və poliomielitin qarşısı alınmışdır.ÜST-1996-cı il noyabrında Özbəkistanın paytaxtı Daşkənddə keçirilən müşavirəsində MDB ölkələri ilə aparılan müqayisədə difteriya epidemiyasının ləğvi üzrə Azərbaycan Respublikası əldə etdiyi nəaliyyətlərinə görə I yeri tutmuşdur.
2002-ci ildə ÜST-qərarı ilə Azərbaycan “Poliomielitdən azad ölkə” statusu qazanmışdır.

Ölkəmiz 2009-cu ildən “Qızılca və məxmərəyin eliminasiyası” Avropa proqramına daxil olmuşdur. Səhiyyə Nazirliyində qızılca və məxmərəyin eliminasiyası ilə əlaqədar “Milli Verifikasiya komitəsi” yaradılmışdır ki, “Qızılca və məxmərəkdən azad” ölkə statusu əldə edilsin. Bu müvəffəqiyyətə nail olmaq təkcə Səhiyyə işçilərinin səyi kifayət etmir, həm valideynlər, həm də kütləvi informasiya vasitələrinin gücündən istifadə etməklə, hər kəs əlindən gələn köməyi etməlidir.

Tibb işçiləri valideynlərin immunlaşdırmanın əhəmiyyətini dərk etməsi və uşaqlarının gələcəyinə daha məsuliyyətlə yanaşması üçün aşağıdakı bəzi sadə məlumatlar əhaliyə çatdırmalıdır:
İmmunlaşdırma bir sıra təhlükəli xəstəliklərin qarşısını alır.

Peyvənd infeksiyaya qarşı immun cavab yaratmaqda uşağa kömək edir. Nəticədə uşaq infeksiyalardan müdafiə olunur.
İmmunlaşdırılmamış uşaqlar arasında ömürlük şikəstlik və ölüm halları daha çox olur.Göyöskürəkdən ölümün yarısı, bütün poliomielitlə xəstələnmə hallarının 1/3-i və qızılcadan ölümün 1/4-i bir yaşadək baş verir.

İmmunlaşdırma uşağın 1,5 yaşında bütünlüklə tamamlanmalıdır, 6 yaşda revaksilasiya aparılmalıdır.
İmmunlaşdırma mütləqdir.

Uşağın erkən immunlaşdırılması həyati göstərişdir.


Hacıyeva Nərgiz, t.ü.f.doktoru
ATU II. Uşaq xəstəlikləri kafedrası.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024