Mobil versiya
Əli Əhmədov: “Təhsildə neqativ hallar var”
Tarix: 28-11-2018 | Saat: 12:01
Bölmə:Təhsil | çapa göndər

Əli Əhmədov: “Təhsildə neqativ hallar var”


“Son 15 ildə 3500-dən çox məktəb binası tikilib və əsaslı təmir edilib. Bu, Azərbaycanın bütün dövrlərdə inşa etdiyi məktəblərin 70 faizini təşkil edir”.



Modern.az xəbər verir ki, bunu baş nazirin müavini Əli Əhmədov Azərbaycan müəllimlərinin XV qurultayında çıxışı zamanı deyib.



Ə.Əhmədov bildirib ki, dövlətin təhsilə qayğısı nəticəsində müəllimin həyat şəraiti, təhsilin məzmun və keyfiyyətinin yaxşılaşdırılması müşahidə edilir.

“Azərbaycanda təhsil yeni səviyyəyə qalxıb. Təhsilin məzmununda keyfiyyət dəyişikliyi ilə əlaqədar islahatlar öz bəhrəsini verir”.

Baş nazirin müavini təhsil sahəsində qarşıda duran vəzifələr barədə danışıb. O, bunun üçün qarşılıqlı fikir mübadiləsinin aparılmasına ehtiyac olduğunu deyib: “İlk növbədə təhsilin məhsuldar qüvvəyə çevrilməsi, yeni texnologiyaların yaranması və həyatımızda tətbiqinə imkan yaradılmalıdır.Təhsilin milli sərvətə çevrilməsi qarşımızda duran əsas vəzifələrdəndir. Bununla yanaşı təhsilin təqabət qabiliyyətinin artırılması da vacib şərtlərdəndir. Bu gün təhsilin, yeni texnologiyaların tətbiqinə sərmayə qoyan dövlətlər inkişaf edirlər”.



Ə.Əhmədov təhsil siyasətinin qarşıda duran prioritetlərdən olduğunu deyib:



“Təcrübə göstərir ki, yuxarı ali təhsil alanlar digərlərinə nisbətən 3 dəfədən çox əməkhaqqı alırlar. Hər il əmək bazarına təhsili başa vuran 100 mindən çox yeni işçi qüvvəsi gəlir. Araşdırmalar göstərir ki, işlərini daha tez-tez itirənlər yüksək təhsil səviyyəsi olmayanlardır. Bu mənada təhsilin səviyyəsinin yüksəlməsinin məşğulluğun yüksəlməsi ilə birbaşa əlaqədar olduğunu deyə bilərik.



Bu gün ölkəmizdə hər bir təhsil alan gənc öz imkanlarının 60 faizini reallaşdıra bilir, inkişaf etmiş ölkələrdə bu 75 faizdən yüksəkdir”.

Ə.Əhmədov təhsildə əldə olunan uğurlarla yanaşı neqativ halların müşahidə edildiyini vurğulayıb:



“Təəssüf ki, təhsil sahəsində neqativ hallar var. Azərbaycan cəmiyyətini bunu görür və hiss edir. Təhsil Nazirliyi bu istiqamətində ciddi addımlar atır, lakin daha böyük səylərin göstərilməsinə ehtiyac var”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024