"Azərbaycan elminin əsas problemi alimlərin məvaciblərinin aşağı olmasıdır"
Tarix: 15-11-2018 | Saat: 12:33
Bölmə:Karusel / Təhsil | çapa göndər
Azərbaycanın maliyyə sistemi çox dəqiq, sərrast qurulub, saat mexanizmi kimi işləyir, yerində durmur, daim inkişaf edir, dünyada mövcud təcrübəni daim izləyir, müsbət meylləri dərhal mənimsəyirlər. 2019-cu ilin dövlət büdcəsi sosial yönümlü, investisiya yönümlü olaraq ölkəmizin və xalqımızın yeni mərhələdə hərtərəfli inkişafını təmin edəcək.
AIA.Az Trend-ə istinadən bildirir ki, bunu Mili Məclisdə 2019-cu ilin dövlət büdcəsinin
müzakirələrində millət vəkili, AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva çıxışı zamanı deyib.
Akedemik elmə ayrılan xərclərə toxunaraq deyib ki, növbəti ildə elm xərclərinə 133,5 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2018-ci illə müqayisədə 5,3 milyon manat və ya 4,2 faiz çoxdur: "Həmin xərclər fundamental elmi tədqiqatlarla məşğul olan təşkilatların idarə edilməsi, konkret praktiki məqsədlərə nail olmaq üçün yeni biliklərin əldə edilməsi, istifadəsi, qurğuların yaradılması, yeni proseslərin, sistemlərin və xidmətlərin tətbiqi və təkmilləşdirilməsi, qeyri-dövlət elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən fundamental tədqiqatlara yardım üzrə xərclərin maliyyələşdirilməsinə yönəldiləcək. 2019-cu ildə elm xərcləri üzrə proqram və tədbirlərin həyata keçirilməsi üçün 1,3 milyon manat vəsait nəzərdə tutulub. Konkret Elmlər Akademiyası üçün 88 mln. 670 min 98 AZN nəzərdə tutulub".
Deputat əlavə edib ki, beynəlxalq təcrübəyə əsasən elm və texnologiyanın inkişaf vəziyyəti ölkənin inkişaf səviyyəsindən birbaşa asılıdır. Dünya təcrübəsinə əsasən hər bir ölkədə elmi tədqiqatlara ayrılan xərclər ÜDM-in ən azı 2%-ni təşkil etməlidir. Dünyada elmin inkişafına ayrılan vəsaitin 23%-i ABŞ-ın, 21%-i Çinin, 13%-i isə Yaponiyanın payına düşür. Əsaslı olaraq dünyanın əsas elm mərkəzləri Şimali Amerika, Avropa və Şərqi Asiya ölkələri hesab olunur. Elmi tədqiqatlara ayrılan maliyyə vəsaitinin ÜDM-də xüsusi çəkisinin az olması elmi heyətin, elmi kadr potensialının azalmasına səbəb olur ki, bu da yüksək elmi nəticələrin alınmasına mənfi təsir edir".
G.Baxşəliyeva vurğulayıb ki, bu gün Azərbaycan elminin əsas problemi - alimlərin məvaciblərinin aşağı olmasıdır: "Doğrudur, möhtərəm prezidentimizin fərmanları ilə son illər ərzində EA əməkdaşlarının maaşları bir neçə dəfə artırılıb. Son vaxtlar müxbir və həqiqi üzvlərin rütbə maaşları əhəmiyyətli artıb. Lakin açığını demək lazımdır ki, EA digər əməkdaşlarının məvacibləri günün tələblərinə uyğun deyil. Mövcud məvaciblər hələ də elmin inkişafını təmin edəcək səviyyədə deyildir. Belə vəziyyətdə elmdə inkişafa nail olmaq çətin bir məsələdir. Maddi problemlər elmdə yeniləşməyə, varislik ənənələrinin qorunmasına da ciddi əngəl törədir. Mövcud maliyyə təminatı gənclərin elmə gəlişinə stimul yaratmır. Bir vaxtlar EA institutlarına can atan ali məktəb məzunları indi başqa, daha gəlirli sahələrə üz tuturlar. Nəsillər arasında əlaqənin qırılması isə elm üçün böyük təhlükədir".
Alim bir mühüm məqama da toxunub: "Bəzi elm sahələri özəl sifarişlər, istehsalatla bağlı layihələr, hətta xarici ölkələrdən alınan qrantlar sayəsində gəlirlər əldə edə bilərlər. Humanitar və ictimai elmlər isə daha çox dövlətimizin himayəsinə güvənməlidir. Bu sahə mənəvi sfera ilə, milli ideologiya və dövlətçilik düşüncəsi ilə birbaşa bağlı olduğundan xüsusi qayğı ilə əhatə olunmalıdır. Bu elmlərə dar mənada "praktik fayda" meyarı ilə yanaşmaq olmaz. Bütövlükdə fundamental elm belə yanaşmanı qəbul etmir. Ziya Bünyadovun "Azərbaycan VII-IX əsrlərdə", "Azərbaycan Atabəylər dövləti" kitablarının milli şüurun inkişafında oynadığı rolu hansı pul ekvivalenti ilə ölçmək olar?! Fundamental elmə xərclənən vəsait gələcəyə - millətin və dövlətin gələcəyinə qoyulan sərmayədir. Əgər bugün tələb olunan maliyyə vəsaitini əsirgəsək, sabah bundan yüz qat artığını qoymalı olacağıq. Bu gün Azərbaycan elmi, konkret olaraq, ictimai və humanitar elmlər müasir dövrün tələblərinə, dövlətçiliyimizin yüksəlişinin hazırkı mərhələsinə, Azərbaycanın müasir inkişafının məntiqinə uyğunlaşdırılmalıdır".
AIA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər