Mobil versiya
«İlanlı dərənin sirri» nağılı niyə xoşuma gəldi?
Tarix: 31-10-2018 | Saat: 11:28
Bölmə:Təhsil | çapa göndər

«İlanlı dərənin sirri» nağılı niyə xoşuma gəldi?


VAQİF YUSİFLİ
Gülzar nənə müasir uşaq ədəbiyyatının cəfakeşlərindən biridir. Bu sahədə artıq tanınır, sevilir, hər şeydən əvvəl, balaca oxucuların, məktəblilərin sevimlisinə çevrilib.Neçə ildir ki, «Sehirli dünya» adlı çox qəşəng, nəfis tərtibatla jurnal nəşr edir.Onun uşaq ədəbiyyatı ilə bağlı yazdığı əsərlər hətta xarici ölkələrdə də rəğbətlə qarşılanır. Dahi rus tənqidçisi V.Q.Belinskinin məşhur bir kəlamı yada düşür: «Uşaq yazıçısı olmaq yox, doğulmaq lazımdır». Gülzar nənə elə əlinə qələm alan gündən ancaq uşaqlar üçün yazır. Bu baxımdan mə nonu Xanımana Əlibəyliyə bənzədirəm. O da bütün ömrü boyu ancaq uşaqlar üçün yazlı, özü də gözəl yazdı.

Bu yaxınlarda Gülzar nənə mənə «İlanlı dərənin sirri» adlı bir kitabını bağışladı. Dedi ki, bir hekayə var, onu oxu, bir tənqidçi kimi fikrini bildir. Bu hekayə barədə xeyli mübahisələr yaranıb, məni nahaqdan suçlandırırlar, guya Azərbaycan mentalitetinə yabançı bir səhnə təqdim etmişəm.

«İlanlı dərənin sirri» nağılıydı bu. Oxudum. Xoşuma gəldi. Nəyə görə?

Birincisi; hər bir bədii əsər, istər şeir olsun, istər hekayə, istərsə də dram əsəri, ilk növbədə, dilinin təmizliyi ilə diqqəti cəlb etməlidir. Yaşından asılı olmayaraq hər bir oxucunun qəlbinə yol tapmaq istəyirsənsə, öz doğma ana dilinə, onun incəliklərinə yiyələn, hamı səni başa düşsün.Gülzar nənənin bu müasir nağılı da öz dilinin şəffaflığı ilə tərifəlayiqdir.

İkincisi; Nağılda müəyyən məzmun və ideya olmalıdır. Bu nağılda da o var. Müəllif keçmişdə baş vermiş ata-oğul münaqişəsindən söz açır. Məkrli bir qadının-şahın yeni zövcəsinin hiyləsilə oğul-Quzu Təkin şərə, böhtana düşür. O, bu ləkəni üzərindən götürmək üçün İlanlı dərəyə yol alır. Günahsız olduğu üçün ilanlar onu çalmı rvə o, geriyə-atasının yanına qayıdır. Haqq-ədalət öz yerini tutur.

Üçüncüsü; Bu nağıl təkcə uşaqlar üçün yazılmayıb, burada yaşlı insanların da oxuyacağı, mənimsəyəcəkləri çox həqiqətlər var. Məgər o aldanışlar, o hiylə-şər bu gün-qloballaşma əsrində də davam etmirmi? Ona görə də, bu müasir nağıl həm uşaqlar üçün, həm də böyüklər üçün yazılıb. Və oxucu kontingentini qoyaq bir qırağa, «İlanlı dərənin sirri» hər şeydən əvvəl bədii əsərdir.Bu əsərə münasibətdə də bu faktı nəzərə almaq lazımdır.

Dördüncüsü; Nağılda belə bir səhnə var ki, oğlanın analığı –ağ bədənli, qara saçlı, alışıb-yanan gözləri iilə doğruldanda gözəllər gözəli olan bu qadın istəyir ki, Quzu Təkin onun yorğanına girsin. Amma oğlan onun hiyləsini başa düşür, bu mələyin iblis olduğunu dərk edir. «Sən atamın namususan» deyir. Əgər Quzu Təkin analığının təklifini qəbul etsəydi, onda bu nağılın heç bir əxlaqi-tərbiyəvi əhəmiyyəti olmazdı. Bir də ki, Azərbaycan nağıllarında, eləcə də bədii əsərlərdə bu tipli hadisələırə təsadüf etmişik və əksəriyyətində də o əsərin qəhrəmanları sınaqdan uğurla çıxıblar.Ona görə də Gülzar nənəni bu məsələyə görə məhkəməyə çəkmək, onu qınaq hədəfinə çevirmək məntiqə sığmır.

Mən Gülzar nənənin bu müasir nağılını təqdir edirəm və inanıram ki, gec-tez onu qınayanlar da məsələyə obyektiv yanaşacaqlar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024