Mobil versiya
Tovuzda DƏHŞƏT: 37 yaşlı kişinin üstünə benzin töküb yandırdılar
Tarix: 04-10-2018 | Saat: 10:48
Bölmə:Karusel / Hadisə | çapa göndər

Tovuzda DƏHŞƏT: 37 yaşlı kişinin üstünə benzin töküb yandırdılar



Tovuzda dəhşətli hadisə baş verib.

aia.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Qovlar qəsəbəsində baş verib.

1981-ci il təvəllüdlü Ələkbərov Elbrus İmran oğlunun üstünə benzin töküb od vurublar.

Hadisə nəticəsində E.Ələkbərov ağır yanıq xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir.


Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırmalara başlanıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, hadisəni E.Ələkbərovun qaynı Ələkbərov Vüqar İman oğlu törədib.


Belə ki, oktyabrın 4-də gecə saat 1 radələrində V.Ələkbərov E. Ələkbərovun evinə gəlib və onun başqa qadınla münasibətdə olduğunu görüb. Nəticədə qayın və kürəkən arasında münaqişə başlayıb. Münaqişə nəticəsində V.Ələkbərov özü ilə gətirdiyi benzini E.Ələkbərovun üzərinə tökərək ona od vurub və hadisə yerindən qaçıb.



E.Ələkbərov qonşuların köməyi ilə xəstəxanaya çatdırılıb.



Hazırda hadisəni törədən V.Ələkbərovun saxlanılması istiqamətində axtarış tədbirlərinə başlanılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5380 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-06-2020
31-05-2020
{sape_links}{sape_article}