Mobil versiya
Lənkəranın təhsil müdiri direktorun polisə verdiyi müəllimi DƏSTƏKLƏDİ
Tarix: 24-05-2018 | Saat: 11:21
Bölmə:Karusel / Ölkə | çapa göndər

Lənkəranın təhsil müdiri direktorun polisə verdiyi müəllimi DƏSTƏKLƏDİ


Sosial fəaliyyəti ilə məşhurlaşan Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbin müəllimi Həbib Əlizadə həmin məktəbin direktoru Ziyafəddin Cavadov tərəfindən polisə şikayət edilib.

Səbəb kimi müəllimin şagirdləri Bakıya ekskursiyaya aparmaq istəyi göstərilib.


Müəllim şagirdləri gəzintiyə aparmaq istədiyi halda, direktor tərəfindən polisə şikayət edilməsi nə dərəcədə doğrudur?


Modern.az saytı Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimovla əlaqə saxlayaraq, suala cavab istəyib.


“Həbib müəllimə şərait yaradılacaq və şagirdləri Bakı şəhərinə aparacaq. Məktəbin direktoru Ziyafəddin Cavadov və müəllim Həbib Əlizadə arasında yaranan yüngülvarı problem uşaqların təhlükəsizliyi üstündə yaranıb. Direktor 30 uşağın kənddən çıxarılması, gün ərzində 3 dəfə qidalanması, nəqliyyat məsələlərində problem yaranması kimi məsələlərdən ehtiyat edib. Artıq problem həll olunub”.


Aslan İbrahimov həm müəllimi, həm də direktoru dəstəklədiklərini bildirib.


“Təhsil şöbəsinin müdiri olaraq həm müəllimə, həm də direktora dəstək veririk. Biz təhsilmizin, qabaqcıl müəllimin arxasındayıq. Direktor Ziyafəddin Cavadov 2 il bundan qabaq direktorların imtahanında iştirak edərək 60 mümkün baldan 51 bal toplayıb. Hər ikisi savadlı gənclərdir”.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024