Mobil versiya
“Azərbaycanda boşanma hallarının sayı 2 dəfə artıb”
Tarix: 23-05-2018 | Saat: 10:38
Bölmə:Ölkə | çapa göndər

“Azərbaycanda boşanma hallarının sayı 2 dəfə artıb”


"Son 10 ildə həm dünyada, həm də Azərbaycanda boşanma hallarının sayı 2 dəfə artıb”.

aia.az xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə "Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda keçirilən dinləmədə deyib.

Komitə sədri bildirib ki, bir valideynli ailədə böyüyən uşaqların həm fiziki, həm də psixi sağlamlığında olan problem hər iki valideyni olan uşaqlarla müqayisədə çoxdur.

"Bu da onunla bağlıdır ki, bir valideyni olan ailələrdə uşaqlara diqqət yetərincə olmur. Həmin valideyn işləyir, uşağına o qədər də diqqət ayıra bilmir. Ailələrin boşanması digər fəsadlarla yanaşı uşaqların sağlamlığına da mənfi təsir göstərir. Həmin uşaqlar ya xəstə olurlar, ya da xəstəliklərinin sayı çox olur. Valideynlərin təhsil səviyyəsi də uşaqların sağlam böyüməsinə təsir edən faktorlardandır”.(azvision.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024