Mobil versiya
Bakı Metropoliteni – şərəfli tarix, fərəhli perspektivlər
Tarix: 22-05-2018 | Saat: 12:43
Bölmə:Manşet / Ölkə | çapa göndər






1967-ci il noyabrın 6-da SSRİ-də beşinci olan Bakı Metropoliteninin rəsmi açılışı oldu. Sərnişinlər üçün isə metro qatarlarının müntəzəm hərəkəti 1967-ci il noyabrın 25-dən başlandı. Bakı metrosunun birinci növbəsinin istismara verilən sahəsinin uzunluğu 9,2 kilometr idi və beş stansiyanı birləşdirirdi...

Yeni stansiyalar tikilir

Bakı metrosunun inkişafı Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli 1408 saylı “Bakı metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə təsdiq olunmuş «Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi»nə və “Bakı metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi üçün Tədbirlər planı”na uyğun olaraq müəyyən edilib.
Perspektiv plana əsasən, ümumi uzunluğu 28,5 km olacaq mövcud Qırmızı xətt Badamdar qəsəbəsindən başlayaraq Zığ qəsəbəsinədək uzanacaq. Cəmi 19 stansiyadan ibarət olacaq xəttin 13 stansiyası və 1 elektrik deposu istismardadır. Layihədə “İçərişəhər” stansiyasından sonra 4, “Həzi Aslanov” stansiyasından sonra 2 stansiyanın inşası nəzərdə tutulub.

Bəzi mülahizələrə görə, keçmiş SSRİ-nin ən iri şəhərləri olan Moskva və Leninqraddan sonra, 1932-ci ildə məhz Bakı şəhərinin Baş planında yerüstü nəqliyyatın işini yüngülləşdirən və şəhər nəqliyyatında gərginliyi aradan qaldıran rahat nəqliyyatın – metropolitenin layihələndirilməsi və tikilməsi nəzərdə tutulmuşdu. Səbəb də bu idi ki, ötən əsrin 30-cu illərin əvvəlləridə artıq iri istehsal sahələri və sıx əhalisi ilə durmadan inkişaf edən, elmi-texniki və mədəni mərkəzə çevrilən Bakı, təkcə Qafqazda deyil, o cümlədən keçmiş SSRİ ərazisində iri şəhərlərdən birinə çevrilirdi. Lakin 1941-1945-ci illərdə baş vermiş Böyük Vətən Müharibəsi bu planların həyata keçirilməsinə mane oldu...

Qırmızı, yaşıl, sarı... metronun işıqları

Perspektiv plana əsasən, ümumi uzunluğu 28,5 km olacaq mövcud Qırmızı xətt Badamdar qəsəbəsindən başlayaraq Zığ qəsəbəsinədək uzanacaq. Cəmi 19 stansiyadan ibarət olacaq xəttin 13 stansiyası və 1 elektrik deposu istismardadır. Layihədə “İçərişəhər” stansiyasından sonra 4, “Həzi Aslanov” stansiyasından sonra 2 stansiyanın inşası nəzərdə tutulub.

Bakı Metropoliteni – şərəfli tarix, fərəhli perspektivlər


Ümumi uzunluğu 41,8 km olacaq Yaşıl xətt Xətai, Nəsimi, Yasamal, Binəqədi, Nəriman Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayonlarını əhatə edəcək. Perspektiv inkişaf planına uyğun olaraq, gələcəkdə bu xətt üzrə Bakı metrosunda ilk dəfə qatarların dairəvi hərəkəti təşkil olunacaq. 23 stansiyası olacaq bu xəttin 10 stansiyası istismardadır. Xəttin bir elektrik deposu hazırda inşa olunur, daha biri isə layihələndirmə mərhələsindədir.
Perspektiv inkişaf planına uyğun olaraq, “28 May” stansiyasının layihəsini dəqiqləşdirərək yenidən qurulmasının başa çatdırılması ilə mövcud Qırmızı və Yaşıl xətlərdə qatarların sərbəst hərəkətinin təşkili nəzərdə tutulub.Uzunluğu 14,7 km olacaq Sarı xətt Binəqədi rayonundan başlayaraq Səbail rayonunun Bayıl qəsəbəsinədək uzanan xətt olacaq. Bu xətdə 5-i keçid olmaqla, 11 stansiya və 1 elektrik deposu inşa olunacaq.


...Yalnız müharibədən sonra, 1947-ci ildə SSRİ Nazirlər Soveti Bakıda metro tikilməsi barəsində qərar qəbul edir və Bakı metroploitenin tikintisi intensiv sürətlə aparılır, bir neçə tikinti şaxta sahələri yaranır və xeyli tunellər tikilir. Metropolitenin ayrı-ayrı sahələrini tezliklə istifadəyə vermək məqsədilə onun tikintisi bir neçə növbəyə bölündü. 1967-ci ildən metropolitenin növbələri istifadəyə verilməyə başlandı.Həmin il noyabrın 6-da metronun tikintisinin 5 stansiyası – “Bakı Soveti” (indiki “İçərişəhər”), “Sahil”, “28 Aprel” (indiki “28 May”), “Gənclik” və “Nəriman Nərimanov” stansiyasından ibarət 9,2 km-lik yeraltı xətti istifadəyə verildi. Üçü dərin özüllu olan bu stansiyalar arasında müntəzəm hərəkət təmin olunduqdan üç ay sonra, 1968-ci il fevralın 22-də “28 May-Xətai” xətti üzrə ilk qatar hərəkətə başladı. Bununla da, “28 May” stansiyası “Nəriman Nərimanov” və “Xətai” stansiyalarına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişinlər üçün keçid stansiyasına çevrildi...

Polad relslər şəhərətrafı qəsəbələrə uzanır

Uzunluğu 18,5 km olacaq yeni Bənövşəyi xətt Xocəsən qəsəbəsindən başlayaraq Qaraçuxur qəsəbəsinədək uzanacaq. Metropolitenin perspektiv inkişaf planının birinci prioritet istiqamətinə daxil olan Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları 2016-cı il aprel ayının 19-da sərnişinlərin istifadəsinə verilib.
Perspektiv inkişaf planına uyğun olaraq bu xətt üzrə 6-sı keçid olmaqla, 10 yeni stansiya inşa olunmalıdır. Hazırda Xocəsən qəsəbəsində Bənövşəyi xəttin deposunun tikintisi davam edir.
Uzunluğu 16,3 km olacaq Mavi xətt Yeni Yasamal yaşayış sahəsindən başlayaraq Sabunçu rayonunun Bakıxanov qəsəbəsinə qədər uzanacaq. Xətt üzrə 7-si keçid olmaqla, 11 stansiya və 1 elektrik deposu tikiləcək.Hazırda tikinti işləri Yaşıl xəttin “Həzi Aslanov-2”, Bənövşəyi xəttin “B-3”, “B-4” stansiyalarında, “Dərnəgül” və “Xocəsən” depolarında davam edir.






...Metro tikintisinin ikinci və üçüncü növbələrində isə işlər öz ahənginə uyğun olaraq davam edirdi. “28 May” stansiyasından “Nizami” stansiyasına qədər olan 2,26 km-lik sahə ikinci növbəyə, “Nəriman Nərimanov” stansiyasından “Neftçilər”ə qədər olan 6,3 km-lik sahə isə üçüncü növbəyə aid idi.
Lakin ikinci sahənin tikintisində qarşıya çıxan böyük çətinliklər, əsas diqqəti üçüncü sahəyə yönəltdi və bu xətti tikib istifadəyə vermək barədə qərar qəbul edildi.
1970-ci il aprelin 22-də Bakının sənaye rayonunda “Nəriman Nərimanov”dan sonrakı “Ulduz” stansiyası istifadəyə verilməklə xəttin uzunluğu daha 1,5 km artdı.
İnşaatçılar isə yeraltı yolları şəhərin böyük yaşayış massivi olan “8-ci kilometr” qəsəbəsinə doğru aparırdılar. 1972-ci il noyabrın 6-da bu istiqamətdəki 5,3 kilometrlik metro xətti qəsəbənin mərkəzi hissəsinə gəlib çıxdı. Həmin gün “Məşədi Əzizbəyov” (indiki “Koroğlu”), “Avrora” (indiki “Qara Qarayev”) və “Neftçilər” ilk sərnişinlərini qəbul etdi. 120 min əhalisi olan yaşayış massivi şəhərin mərkəzi ilə birləşdirildi.

“Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud (Yaşıl, Qırmızı və Bənövşəyi) və 2 əlavə yeni xətt (Mavi və Sarı) olmaqla, 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 km metro xəttindən ibarət olacaq. Bu illər ərzində 51 yeni stansiyanın inşa edilməsi və 84,3 km metro xəttinin çəkilməsi nəzərdə tutulub.
Əlbəttə ki, bütün bu deyilənlərin fonunda son zamanlar Bakı Metropolitenində sərnişinlərə xidmət səviyyəsinin də xeyli yüksəldiyini qeyd etmək lazımdır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidentinin 27 fevral 2014-cü il tarixli 290 saylı Sərəncamı ilə“Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsinə Zaur Hüseynov təyin edilib.

Qısa arayış:

Zaur Mir Tofiq oğlu Hüseynov 1964-cü il sentyabrın 26-da Bakı şəhərində anadan olub. 1986-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis elektrik ixtisası üzrə, 2006-cı ildə Amerika Birləşmiş Ştatlarının St. John's Universitetini “Executive management” ixtisası üzrə (MBA) bitirib. Əmək fəaliyyətinə neft-kəşfiyyat ekspedisiyasında növbə elektromexaniki kimi başlayan Zaur Hüseynov sonradan respublikanın bir sıra iri tikinti, istehsalat və enerji təchizatı müəssisələrində məsul vəzifələrdə çalışıb.




Maraqlıdır ki, şəhər ictimaiyyətinin böyük əksəriyyətinin ümumi rəyinə görə də məhz Zaur Hüseynovunbu vəzifəyə təyinatından sonra Bakı Metropolitenində istər stansiyalarda müşahidə olunan səliqə-sahman, istər əməkdaşların daha nizam-intizamlı və sərnişinlərə qarşı daha diqqətli olmaları, istərsə də vaqonlardakı təmizlik baxımından xidmətin keyfiyyət göstəriciləri xeyli yüksəlmiş, sərnişinlərə xidmət mədəniyyəti nəzərəçarpacaq dərəcədə artmışdır. Təmiz, rahat vaqonlar, qatarların hərəkətinin müntəzəmliyi və yüksək sürəti, nəzarət-kassa əməliyyatlarının avtomatlaşdırılması, müasir keçid turniketləri, gediş haqqının ödənişinin elektron kartları, gözəl stansiyalar, metropoliten işçilərinin sərnişinlərə diqqəti – bütün bu amillər metroya başqa şəhər nəqliyyatı vasitələrinə nisbətən böyük üstünlük verir.

Mehman Musayev

aia.az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-11-2024