Mobil versiya
Zavod 20 min, vəzifəli şəxslər isə hərəsi 3.5 min manat CƏRİMƏLƏNDİ
Tarix: 17-05-2018 | Saat: 17:02
Bölmə:Ölkə | çapa göndər

Zavod 20 min, vəzifəli şəxslər isə hərəsi 3.5 min manat CƏRİMƏLƏNDİ


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Neft Emalı Zavodunda texnoloji prosesin pozulması nəticəsində Bakının bəzi rayonlarında xoşagəlməz qoxu ilə bağlı artıq qanunamüvafiq tədbirlər görüb.

Bu haqda nazirliyin mütəxəssisi Mirsalam Qənbərov bildirib.

Onun sözlərinə görə, zavod hüquqi şəxs qismində 20 min, sex rəisləri isə vəzifəli şəxs qismində hər biri 3,5 min manat məbləğində cərimə edilib.

"Zavodda texnoloji reqlament normalarının gözlənilməsi, əmələ gələn tullantıların qanunamüvafiq idarə olunması, qurğu və avadanlıqlarda modernizasiya işlərinə başlanılması üçün artıq onlara xəbərdarlıq edilib. Bu işlər görülməzsə yenidən zavoda qarşı qanunamüvafiq tədbirlər görüləcək.

Mənbələrdən atılmalara nəzarət etmək məqsədilə elektron monitorinq sisteminin tətbiq olunması ilə bağlı zavod rəhbərliyinə tövsiyələr verilib”-deyə M.Qənbərov qeyd edib.(modern.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024