Azfar Group - uşaq və gənclər futbolunun inkişafı diqqət mərkəzindədir
Tarix: 16-05-2018 | Saat: 13:38
Bölmə:Manşet / Ölkə | çapa göndər
İdman potensialının üzə çıxarılması, peşəkar kadrların yetişdirilməsi, cəmiyyətin sağlam inkişafı məsələləri bu müəssisənin fəaliyyətinin prioritet istiqamətlərini müəyyənləşdirir
“Biz idmanın, bədən tərbiyəsinin kütləviliyini təmin etməliyik. Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi bu sahədə çox iş görürlər. Ancaq hələ çox işlər də görülməlidir. Bu, təkcə onların vəzifəsi deyil, bu bizim hamımızın vəzifəmizdir. Bu, bütün hakimiyyət orqanlarının vəzifəsidir. Amma təkcə onların da yox, cəmiyyətin vəzifəsidir. Vətənini sevən hər bir vətəndaşın vəzifəsidir. Bu işdə təkcə dövlət vəsaitindən istifadə etmək, yaxud Milli Olimpiya Komitəsinin imkanlarından istifadə etmək yetərli deyildir. Gərək, bütün başqa imkanlardan da istifadə olunsun. Belə imkanlar isə çoxdur” – Heydər Əliyev,dünya azərbaycanlılarının Ümummilli Lideri.
“Fiziki cəhətdən sağlam olan insanlar, adətən mənəvi cəhətdən də böyük keyfiyyətlərə malikdirlər” – İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti.
Bu gün Azərbaycanda dövlət səviyyəsində həyata keçirilən gənclər və idman siyasəti həqiqətən də idmanın cəmiyyətdə rolu, əhəmiyyəti barədə Ulu Öndərin və dövlət başçımızın ifadə etdikləri bu dəyərli fikirləri özündə tam olaraq təcəssüm etdirir. Bir həqiqətdir ki, hazırda Azərbaycan artıq bütün dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır və qəbul edilir. Demək olar hər il ölkəmizdə idmanın hansısa bir növü üzrə mötəbər beynəlxalq yarışların keçirilməsi, idmançılarımızın Avropa və dünya çempionatlarında, Olimpiya Oyunlarında və digər beynəlxalq yarış və turnirlərdə mütəmadi olaraq yüksək nəticələr əldə etməsi də Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısının bir göstəricisidir.
Lakin Ulu Öndərimizin hər birimizə ünvanlanmış dəyərli tövsiyyələrində də qeyd olunduğu kimi, idmanın inkişafı, onun kütləviləşməsi təkcə dövlətin deyil, hamının və hər kəsin işi olmalıdır. Təbii ki, bu baxımdan fəaliyyət istiqamətinə görə məhz idman sahəsində ixtisaslaşan şirkət və müəssisələrin işi hər zaman xüsusi maraq doğurur.
Belə müəssisələrdən biri də 2008-ci ildə təsis edilmiş Azfar Group şirkətidir.Bu gün bütün dünyada haqlı olaraq 1nömrə idman növü sayılan futbolun Azərbaycanda da son dərəcə populyar olduğunu nəzərə alsaq, Azfar Group şirkətinin ölkəmizdə həqiqətən çox vacib və əhəmiyyətli bir iş gördüyünü tam əsasla deyə bilərik.
Azfar Group şirkəti tam infrastruktura malik həvəskar və peşəkar futbol meydançalarının tikintisi və idarə edilməsi üzrə ixtisaslaşmışdır. Şirkətimövcud olduğu illər ərzində uğurla fəaliyyət göstərərək, ölkəmizdə həvəskar futbolun inkişafına və idmana olan marağın artırılmasına böyük töhvələr vermişdir. Bu istiqamətdə Azfar Group beynəlxalq təcrübədən yararlanır, müasir standartlara cavab verən tikinti materiallarından istifadə edir və müştərilərə təklif etdiyi xidmətlər paketini daim genişləndirir.Yüksək peşəkarlığa malik komanda ən son tikinti materialları və avadanlıqlarından istifadə edərək keyfiyyətli futbol meydançalarının tikintisini, yenidən qurulmasını və təmirini təmin edir. Şirkətin inşa etdiyi meydançalar müasir tipli süni ot örtüyü, dəqiq mühəndis hesablamaları və bütün standartlara uyğunluğu ilə fərqlənir.
Əlbəttə ki, beynəlxalq standartlara cavab verən, müasir futbol meydançalarının tikintisi bu idman növünə maraq göstərənlərin sayının getdikcə daha da artmasını stimullaşdırır. Bu isə öz növbəsində, ölkəmizdə ümumiyyətlə futbolun inkişafına təkan verə biləcək əlavə bir amil kimi çıxış edir. Digər tərəfdən isə, Azfar Group şirkətinin fəaliyyəti vətəndaşlar, xüsusən də gənclər arasında aktiv istirahətin, sağlam həyat tərzinin təbliği baxımından böyük əhəmiyyət kəsb edir.
Şirkət dostlarınızla birlikdə maraqlı oyun keçirmək üçün hər cür rahatlığa malik yüksək keyfiyyətli futbol meydançalarını təklif edir. Əsl oyun həyəcanı yaradan süni ot örtüyü ilə sərilmiş açıq və qapalı tipli futbol meydançalarıvətəndaşların xidmətindədir. Oyundan sonra komanda yoldaşlarınızla birgə istirahətinizi xüsusi ayrılmış zonada çay süfrəsi ətrafında davam etdirə bilərsiniz. Sizə təqdim olunan videofayl isə, oyunun maraqlı anlarını yenidən izləməyə imkan yaradacaqdır.
Lakin Azfar Group şirkətinin fəaliyyəti sadəcə futbol meydançalarının inşası ilə məhdudlaşmır. Müəssisənin rəhbərliyi həqiqətən də ölkəmizdə futbolun inkişafı üçün son dərəcə əhəmiyyətli addımlar atır. Belə addımlardan biri də, bir müddət bundan əvvəl Azfar Goup-un dəstəyi ilə ASEP şirkəti tərəfindən futbol məktəbinin açılması olub.
Şəhərimizin idman həyatında ciddi hadisə olacaq yeni layihəyə start verilib. Bakıda AZFAR uşaq-gənclər futbol məktəbi açılıb. Gələcəkdə sözügedən məktəblər şəbəkəsinin şəhərin bütün rayonlarında fəaliyyət göstərməsi nəzərdə tutulur. Bu, bir çox vacib məsələni həll edəcək bir layihədir: uşaqların idmanla məşğul olmağa cəlb olunması, uşaq və gənclər futbolunun inkişafı, idman potensialının üzə çıxarılması və peşəkar kadrların yetişdirilməsi və cəmiyyətin sağlam inkişafı.Bu cür məktəblər yalnız uşaqları deyil, onların valideynlərini də sevindirir – belə ki, idmanla məşğul olan uşaq həm fiziki, həm də əxlaqi və mənəvi cəhətdən sağlam böyüyəcək və pis mühitlərdən uzaq qalacaq.
Birmənalı olaraq demək olar ki, bu gün Azfar Group şirkəti Azərbaycanda idmanın, xüsusilədə futbolun inkişafı üçün həqiqətən də olduqca əhəmiyyətli işlər görür. Ən əsası da budur ki, müəssisənin bütün layihələri öz işini bilən və sevən peşəkarlar, yüksək ixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilir.
aia.az
Sənan Əsədov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024